"Biznesim vardı və o, alt-üst olandan sonra hər şeyi itirdim. Evim də əlimdən çıxdı, küçədə qaldım. Sonra o film yadıma düşdü və buraya gəldim".
Britaniya ordusunun veteranı, bir zamanlar məşhur futbolçu Devid Bekhemin mühafizəçisi olmuş Saymon Cons indi Londondakı beynəlxalq "Hitrou" hava limanında yaşayır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 46 yaşlı Saymon Consun dediyinə görə, Hollivud ulduzu Tom Henksin baş rolda oynadığı "Terminal" filmini yada salandan sonra aeroportda yaşamağa qərar verib.
Artıq üç həftədir ki, Saymon Cons "Hitrou"nun "sakini"dir. O, sərnişinlərin kafelərdəki yeməklərinin artıqlarını yeyir, pulsuz Wi-Fi-dan yararlanaraq internet vasitəsilə iş axtarır.

S.Cons İraq, Əfqanıstan, Somali, Anqola, Nigeriya, Sudan və İsraildə xidmət edib.

Milli.Az

Vaxtilə Bekhemi qoruyurdu, indi aeroportda yaşayır - FOTO