ABŞ-dakı Kolorado Dövlət Universitetinin (Colorado State University) təşkil etdiyi arxeoloji ekspedisiya minilliklərdən bəri əfsanələr və rəvayətlər formasında haqqında bəhs olunan mistik məkanı aşkarlayıb.
Missiyanın rəhbəri, professor Kristofer Fişerin dediyinə görə, onlar "Meymunlar Tanrısının şəhəri" kimi əfsanələrdə yer almış "Ağ şəhər"in qalıqlarını aşkarlayıblar.
Milli.Az National Geographic-ə istinadən bildirir ki, təpələr, piramidalar, torpaq tikililəri və meydanlardakı heykəllər, abidələr və tikililər dağıdılmayıb, qarət olunmayıb.
"Meymunlar Tanrısının şəhəri"nin hansı sivilizasiyaya mənsub olduğu bilinmir. Alimlər hətta mədəniyyətin adını da müəyyənləşdirməyə çətinlik çəkirlər.
Qalıqlara çatmaq üçün amerikalı alimlər honduraslı hərbçilərin yardımından istifadə ediblər.
Şəhəri qarətdən qorumaq üçün onun koordinatları açıqlanmır.
Alimlərin qazıntılar zamanı aşkarladıqları artefaktlar arasında qablar və zoomorf fiqurlar var. Onların arasında yaquar formasında şaman heykəlciyi də var.
Fiqurun eramızdan əvvəl 1000-1400-cü illərə aid olduğu deyilir.
Şəhərin qalıqları ilk dəfə 2012-ci ilin mayında, Hondurasın La Moskitiya bölgəsində tapılmışdı.
"Meymunlar Tanrısının şəhəri"nin varlığı ilə bağlı ilk versiyanı 1940-cı ildə amerikalı arxeoloq Teodor Morde irəli sürmüşdü.
Yerli sakinlərin əfsanə və rəvayətlərinə görə, Meymunlar Tanrısı qadınları oğurlayır, onları özünə arvad edirdi. Sonra bu izdivacdan yarımeymun, yarıinsan məxluqlar doğulurdu.
Son məlumatlara görə, şəhər Syudad-Blanka bölgəsindədir.
Milli.Az

Meymunlar Tanrısının şəhəri tapıldı - FOTO