Xalq artisti Aygün Kazımova ilə müğənni Rəhim Rəhimlinin dodaq-dodağa öpüşdüyü yerdə görüntüsü yayılıb.
Axşam.az-ın məlumatına görə, "Aygün Rəhimli şou"da baş verən hadisəni "ATV maqazin onlarla" verilişi lentə alıb.
"Hər şey düzələr" adlı dueti səsləndirən ifaçılar səhnədə öpüşüblər.

Məsələ ilə bağlı R.Rəhimli fikirlərini bölüşüb:
"Elə bir səhnə oldu. İnsanlar necə yozacaq, başa düşəcəklər - bu bizim içimizdən gəldi, etdik. Bir də təkrarlanarmı - bilmirəm. O anda mahnı bizi uçurtdu və etdik".
A.Kazımova isə məsələyə yarızarafat münasibət bildirib:
"Necə olub, Rəhimi bu illər ərzində görməmişəm? İlişib qalmışdım Namiqə (meyxanaçı Namiq Qaraçuxurlu - red.). İndi gül kimi Aygün Rəhimli olmuşam".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

