Bakının "səxavətli" oğruları - FOTO

Bakının "səxavətli" oğruları - FOTO
17:47 3 Mart 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Saxlanılan şəxslərdən ikisi əvvəllər məhkum olunublar
Bakıda silsilə oğurluqlar edən mütəşəkkil oğru dəstəsi zərərsizləşdirilib.

"Report"un məlumatına görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyevanın, O.Musayevin, İ.Quliyevin, Ə.İsmayılovun, N.Mirzəyevin və İ.Qarayevin mağazalarından oğurluq edən Bakı şəhər sakinləri Ayhan Səfərov, Soltan Soltanov və Fərid Vəliyev tutulub. Araşdırma zamanı dəstə üzvlərinin V.Qasımovun və S.Ağayevin evlərindən pul, ərzaq məhsulları, danışıq kartları və tütün məmulatı oğurladıqları da məlum olub. Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Soltan Soltanov və Fərid Vəliyev əvvəllər də müxtəlif cinayətlər etdikləri üçün məhkum olunublar.

Dəstə üzvləri ifadələri zamanı onları oğurluğa sövq edən səbəblərə də aydınlıq gətiriblər.

A.Səfərov, S.Soltanov və F.Vəliyev kriminal aləmə xüsusi simpatiyaları olduqlarını bildiriblər. Həmin şəxslər oğurladıqları ərzaq və tütün məmulatlarının bir qismini cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslara göndərdiklərini deyiblər. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/327661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR