Türkiyənin tanınmış aktrisası Səyyal Tanər şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, mərhum türk müğənni Barış Mançonun bir vaxtlar onu sevdiyini deyib:

"Barış Manço məni platonik şəkildə sevirdi. Aramızda qarşılıqlı sevgi, hörmət var idi. Lakin bu hisslər heç vaxt eşqə çevrilmədi, aramızda yaşanmış gözəl bir şey olaraq qaldı".

Qeyd edək ki, Barış Manço 1999-cu ildə 56 yaşında vəfat edib. Aktrisa Səyyal Tanər isə 63 yaşındadır.

Milli.Az