Aktrisa Aybike Sultan Ömercan Güldal ilə ailə qurub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Yüksek sosyete" serialında "Şirin" obrazını canlandıran Aybike və Ömercanın toyunda yaxınları və dostları iştirak edib.
İzmirdə baş tutan toydan sonra cütlük bal ayına Çernoqoriyaya gedəcək.
Qeyd edək ki, A.Sultan "İkinci şans" filmində də rol alıb.

