Türk aktrisa Aybikə Turan ilə Ömərcan Güldal ailə qurub.

Axşam.az “Doğan” agentliyinə istinadən xəbər verir ki, 28 yaşlı aktrisanın toy mərasimi İzmirdə baş tutub.

Sənət dünyasının tanınmış simaları da şənlikdə iştirak ediblər.

Cütlüyün bal ayı üçün Çernoqoriyaya gedəcəyi bildirilir.

Qeyd edək ki, karyerasına “Arka sıradakiler” serialı ilə başlayan Aybikə Turan, “Muhteşem yüz yıl”, “Adını kalbime yazdım” kimi seriallarda da rol alıb. Aktrisanın sonuncu iş yeri isə “Yüksek sosyete”dir.

“Yüksek sosyete”nin aktrisası evləndi - fotolar

“Yüksek sosyete”nin aktrisası evləndi - fotolar