19 yaşlı ingilis gənc Devid Bekhemə oxşamaq üçün əlindən gələni edir. Fitbolçu kimi yox, tip kimi...
Publika.az xəbər verir ki, Cek Consonun həyatdakı tək məqsədi fiziki görünüşcə İngiltərə futbolunun əfsanəvi siması Bekhemə bənzəməkdir. Bunun üçün 19 yaşlı dəliqanlı əlində-ovcunda olan hər şeyi xərcləməyə hazırdır.
“Nottingham Post”un xəbərinə görə, Cek işsiz olmasına baxmayaraq, hədəfinə çatmaq üçün heç bir əngəl tanımır. İndiyədək estetik əməliyyatlara 25 min avro xərcləyən Conson vətənində xeyli populyarlıq qazanıb. Aradabir onu televiziya proqramlarına qonaq kimi də çağırırlar.
Cekin qardaşı bu arzunun cızığından çıxdığını düşünür. Aaron qardaşının Bekhemə bənzəməsinin mümkünsüz olduğunu, lakin onun məşhurlaşmaq üçün belə etdiyinə inandığını deyib.
İşin qəribə tərəfi odur ki, Cek həyatıboyu bir dəfə futbol oyununa baxmayıb. Hətta televizorda futbol olanda səbri çatmayıb otaqdan çıxırmış.
Pərviz Hikmət