Papa Fransisk: "Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir"

Papa Fransisk: "Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir"
14:44 2 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

"Bəlkə kimsə mənim 600-700 imanlı üçün Azərbaycana səfərimin vaxt itkisi olduğunu fikirləşir".

 

APA-nın məlumatına görə, bunu Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxışında deyib. Roma Papası deyib ki, buraya gəlməsi üçün pul xərclənir: "Amma bura təkmillətli, təkdinli cəmiyyət deyil. Siz burada ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız.

 

Bəzən demək olar ki, bu cəmiyyət kilsənin kənarında qalır. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. Müqəddəs Ruh Yerusəlim şəhərində balaca bir cəmiyyətdə göydən yerə endi. O vaxtlar Yerusəlim də kilsədən kənarda idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. İki şey çox vacibdir. Heç vaxt ananı unutmamaq və qorxmadan irəli getmək".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR