Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkədə “iPhone 7” alan işdən qovulur

Bu ölkədə “iPhone 7” alan işdən qovulur

Will iPhone 8 have 3D camera? (26 November 2016 15:46)

Date: 3 October 2016 07:29

Çinin Henan vilayətində “Nanyang Yongkang” tibb firması işçilərinə “iPhone 7” və ya “iPhone 7 Plus” almağı qadağan edən məktub göndərib.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, “bu qaydanı pozsanız ofisə istefa ərizənizlə gəlin”, sənəddə deyilir. Bəziləri qadağan məktubunun işçilərin hüquqlarını pozduğunu deyir.

 

Qayda  sosial şəbəkədə çox müzakirə edilib. Bəzi istifadəçilər bildiriblər ki, “Apple”ın Foxconn fabrikləri Çində yerləşdiyindən bu qayda Çinin iqtisadiyyatına təsir edə bilər. İstifadəçilərdən biri "Bu Foxconn şirkətinin dağılmasına və minlərlə insanın işsiz qalmasına səbəb ola bilər" deyib. Digəri isə işçilərin hüquqlarını pozulduğunu vurğulayıb.

 

Hospitalın meneceri bildirib ki, telefonun qiyməti işçinin maaşından 3 dəfə çox olduğu üçün belə qayda qoyublar. “Xarici brendlərə qarşı deyiləm, amma işçilərimin gücləri çatmadığı bahalı iPhone-ları almasını xoşlamıram. Bəziləri banklardan, ailələrində və dostlarından borc götürür, başqaları iPhone almaq üçün daxili orqanlarını satır. İstəmirəm işçilərim belə şeylər etsin”.


Tags:  ölkədə iPhone alan işdən qovulur



RƏYLƏR


Top news