ABŞ saxta “Əl-Qaidə” videoları üçün yarım milyard xərcləyib

ABŞ saxta “Əl-Qaidə” videoları üçün yarım milyard xərcləyib
18:13 3 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İngiltərədə yerləşən PR şirkətinə (Public Relations - ictimaiyyətlə əlaqələr) yarım milyard dollar pul ödəyib.

Publika.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, “Bell Pottinger” adlı PR şirkəti bu pul qarşılığında saxta “Əl-Qaidə” videoları hazırlayıb.

“Bell Pottinger”in keçmiş başçısı Lord Tim Bell iddiaları təsdiq edib və şirkətin gizli hərbi əməliyyatlar üçün çalışdığını bildirib. Onun sözlərinə görə, şirkətin fəaliyyətindən ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Milli Təhlükəsizlik Agentliyi (NSA) məlumatlı olub.

Şirkətin işçiləri ABŞ-ın Bağdaddakı bazasında çalışıb. Şirkətin əsas vəzifəsi saxta “Əl-Qaidə” videoları hazırlamaq və bu videoları izləyən iraqlıların təqibini təmin etmək idi. Şirkətlə əldə olunan razılaşma İraq işğalından sonra da qüvvədə olub.

Pentaqon bu üsulla İraqda terror təşkilatına simpatiyanın səviyyəsini müəyyən edib. Layihə çərçivəsində hazırlanan saxta təbliğat CD-ləri terror təşkilatlarının olduğu bölgələrə paylanılıb. Bu CD-ləri izləyənlərin kompüterlərinin IP-ləri video fayllarının içində olan kod vasitəsilə müəyyən edilərək Pentaqona çatdırılıb.

2006-2008-ci illərdə “Bell Pottinger”də işləyən Martın Vells şirkətin həmin dövrdə “Əl-Qaidə”ni qaranlıq bir terror təşkilatı kimi göstərmək üçün reklamlar hazırladığını və terrorizmi pisləyən yerli serialların ssenarilərini yazmaqla məşğul olduğunu bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR