Hər bürc haqqında onu ifadə edən bir SÖZ

Hər bürc haqqında onu ifadə edən bir SÖZ
18:33 3 Oktyabr 2016
231 Digər
Ölkə mətbuatı
A- A+

Bürclərə uyğun makiyaj formaları - FOTO (09 İyun 2017 21:42)

Hər birimizin xarakteri doğulduğumuz ildən, aydan və gündən, lap dəqiq desək, bürcümüzdən asılıdır. Məhz zodiak işarələrinə görə, biz belə müxtəlifik.

Publika.az xarici mətbuata istinadən bürclər haqqında maraqlı məlumatları təqdim edir.

Qoç - "Ən yaxşı"

Qoç bürcləri tərif və gözəl sözləri eşitməyi xoşlayır. Qoç hər işdə birinci olmağı və rəqabət aparmağı sevir. Niyə "Ən yaxşı" ifadəsi Qoçların sevdiyi sözdür? Çünki onlar hər dəfə harasa gedəndə bu sözdən çox istifadə edir. Məsələn, “Bu şəhərdə ən yaxşı restorandır", "Dostlar, bu pizza dadlıdır, sınayın", "Mənim sevgilim hamıdan yaxşıdır” və.s Odur ki, Qoçları sevindirmək istədikdə onlara hər işdə yaxşı olduğunu xatırladın.

Buğalar - “Etibarlı”

Buğalar ən etibarlı və riski sevən zodiak işarəsidir. Buğalar üçün sabitlik və sabahkı günə inam çox vacibdir, maddi baxımdan özü-özünü təmin etmək istəyir. Buğalar çox etibarlı bürcdür, onun vədlərinə arxalanmaq olar. O, yaxşı dostdur və istənilən vaxt köməyə gəlməyə hazırdır. Onların bu keyfiyyətini tez-tez tərifləyin.

Əkizlər - “Maraqlı”

Əkizlər eşitdiyi hər yeni məlumata adətən vəcdlə reaksiya verir. Məsələn, belə: “Ah nə maraqlıdır!” Əkizlər maraqlı və yeni məlumatı öyrənməyə həmişə hazırdır, onlar biliyə açıqdır. Yeri gəlmişkən, bu bürcün nümayəndələrini dünyada hər şeydən çox süstlük, ətalət və yerində saymaq qorxudur. İnsanlarla ünsiyyət zamanı Əkizlər hər kəs üçün maksimum dərəcədə maraqlı olmağa çalışır, buna görə də onlarla söhbət aparmaq əyləncəli və asan olur. Siz də öz növbənizdə maraqlı faktları Əkizlərlə bölüşün və onlarla ünsiyyətdə həddindən artıq tələbkar olmayın, yoxsa qaçacaqlar.

Xərçəng “Təhlükəsiz”

Xərçənglər təhlükəli vəziyyəti əvvəlcədən duymaq kimi böyük intuisiyaya malikdir, buna görə də onları tez-tez qorxaq və vasvası adlandırırlar. Əslində isə intuisiyası ona bir çox məsələlərin həllində kömək edir, ona görə də təhlükəsiz sözü zodiak işarələri arasında ən çox ona yaraşır. Yeri gəlmişkən, Xərçənglər yalanı və faciəni də tez hiss edir. Məsələn, “Dyatlova” hadisəsində turist dəstəsində yeganə sağ qalmış Yuri Yudin faciədən bir gün əvvəl özünü pis hiss edib və evə gedib. İntuisiyası onu dəhşətli bəladan xilas edib.

Xərçənglər təhlükəsizliyi və rahatlığı sevir. Həmçinin Xərçənglər yaxın və doğmalarının başına bir iş gəlməsindən də dəhşətli dərəcədə qorxur. Xərçəngləri sevindirməyin yeganə yolu uşaqları və valideynlərinin başına heç nə gəlməyəcəyinə dair zəmanət verməkdir.

Şir - "Bənzərsiz"

Şirlər müqayisə olunmağı qətiyyən xoşlamır. Ümumiyyətlə, belə hallarda çox aqressiv reaksiya verir. Şirlər özünü nadir və təkrarolunmaz hesab edir, hətta bunu başqaları tərəfindən də təkrar edilməsini istəyir. Onlar üçün sevdiyi insanın gözündə ona müstəsna olmaq vacibdir. Bu bürcün nümayəndələri insanları təəccübləndirməyi, xoş təəssürat yaratmağı sevir, qarşılığında alqış və sitayiş obyekti olmasını, eləcə də məftun baxışlar gözləyir. Odur ki, şirləri heç vaxt başqaları ilə müqayisə etməyin və onlara tez-tez təkrarsız olduqlarını deyin.

Qız - “Düzdür”

Qızlar üçün hər işdə düzgün olmaq vacibdir, o, qaydalara riayət edir və sosial normaları pozmur. Onlar o qədər düzgündür ki, işıqforun qırmızı işığında belə yolu keçməzlər. Onlar yolda maşın olmasa belə yaşıl işıq yanana qədər səbrlə gözləyəcəklər. Qız bürcündən olan kişilər üçün düzgün yaşadığını bilmək, bütün hərəkətlərinin şüurlu olduğunu bilmək, başlıcası isə rasional olmaq vacibdir. Qızlar şiddətlə qorxduqları səhvlərdən qaçmaq üçün bütün işlərini adətən əvvəlcədən planlaşdırır. Onlar öz düzgünlüyü, dəqiqliyi və yaxşı ev sahibəsi olması ilə fəxr edirlər.

Tərəzi “Möhtəşəm”

Tərəzilərə ən uyğun gələn sinonim möhtəşəm sözüdür. Tərəzilər hər zaman və hər işdə möhtəşəm olmaq istəyir. Bu bürcün nümayəndələri “Nə gözəl mənzərədir”, “Nə gözəl oğlandır”, “Nə qəşəng qızdır”, “Pəncərənin qabağındakı güllər nə gözəldir” və s. bu kimi ifadələri tez-tez işlədir. Tərəzilər də öz növbəsində haqqında gözəl sözlər deyilməsini xoşlayır. Məsələn, onlara möhtəşəm olduğunu demək və sənət əsəri kimi yüksəlmək lazımdır! Kişi tərəzilərə isə tez-tez romantik olduğunu demək, digər bacarıq və centlmenlərinə görə tərifləmək məsləhətdir.

Əqrəb - "Güclü"

Cəld, sürətli, cəsur Əqrəblər heç bir işi yarımçıq görmək istəmir. Əqrəb fasilə vermədən özünü işə həsr edir və müvafiq olaraq onun enerjili hərəkətləri ətrafdakılarda da güclü reaksiya doğurur. Əqrəb bürcünün həyat enerjisi tükənməzdir. Eyni zamanda Əqrəblər uzun müddət uğrunda mübarizə apardığı məqsədindən imtina edib, tamam başqa istiqamətə gedə bilər, çünki ürəyi ona bunu diqtə edir. O, cəmiyyətin stereotiplərindən asılı deyil, bu bürcün nümayəndələrini kimin onun haqqında nə deməsi də qətiyyən maraqlandırmır, Əqrəb özünə arxayın və inadcıldır. Əqrəblər insanlara güclü təsir etmək istəyir və başqa insanların hədəfə çatmaq uğrunda apardığı mübarizəni yüksək qiymətləndirir.

Oxatan – “Nüfuzlu”

Nüfuzları onlara başqalarına məsləhət vermək səlahiyyəti verir. Ümumiyyətlə, Oxatanlar insanları doğru yola istiqamətləndirmək üzrə sənətkardır. Oxatan hakimiyyət naminə deyil, cəmiyyətdə hörmətli olmaq xətrinə nüfuzlu şəxsiyyət olmaq üçün can atır. Oxatanlar ona hörmət edən və bütün məsələlərdə onunla məsləhətləşən insanları sevir. Oxatan özü isə mənəvi cəhətdən insanları tərbiyə etmək hüququna malik olmaq üçün dairəsini genişləndirməyə və inkişaf etməyə çalışır. Oxatanlar mötəbər mənbələrdən bəhrələnir və onların məlumatlarını qəbul edir. Odur ki, onun fikir və əqidəsinə qarşı hörmətlə yanaşın.

Oğlaq - “Status”

Oğlaqlar insanın maşınına baxan kimi onun maddi vəziyyətini qiymətləndirə bilir. O, belə hesab edir ki, bütün arzularını reallaşdıran kimi insanlar onun əhəmiyyətli biri olduğunu qəbul edəcək. Onun üçün diplom, mükafat və öz işində tanınması vacibdir. Oğlaqlar öz nüfuz və statusunu təsdiq etmək üçün əlindən gələni edir. Oğlaqlar üçün iş birinci yerdə dayanır və bu sahədə öz xidmətlərinin tanınmasını gözləyir. Çünki onlar yaxşı bilir ki, insanın statusu cəmiyyətdə onun çəkisini müəyyənləşdirir, onlar üçün əhəmiyyətli bir şəxsiyyət olduğunu hiss etmək xüsusi olaraq vacibdir. Oğlaqları ruhlandırmaq istəyirsinizsə, onlara tez-tez əvəzolunmaz işçi, sadiq dost, gözəl ailə başçısı olduğunu deyin! Ən əsası isə siz onlara vacib insan olduğunu hiss etdirməlisiniz.

Dolça - "Orijinal"

Dolçalar seçilməyi sevir, hər işdə qeyri-standart olmağa çalışır və yaradıcı fikirlərini nümayiş etdirir. Özü də bu, onlarda asanlıqla başa gəlir və təbii alınır, çünki Dolça bürcü başa düşür ki, hər şey çox sadədir. Əgər siz mürəkkəb problemlərin içindən çıxa bilmirsinizsə, onda dərhal Dolçalara müraciət edin. Onlar sizə ağlınıza gəlməyən ən sadə və orijinal çıxış yolunu təklif edəcək. Dolça bürcləri əla müşahidəçidir və onlar kənardan sizin milçək kimi şüşəyə çırpılmağınızı açıq-aydın görür. Çətin problemlərin həllini axtarırsınız? Əslində, hər şey sadədir. Sadəcə, problemləri biz mürəkkəbləşdirməyi sevirik. Ona görə də "orijinal" sözü bu bürcün nümayəndələrinə məxsusdur.

Balıqlar - "Nağıl və ya xəyalpərəst"

Balıqların zəngin təxəyyülü var, onlar qeyri-adi, möcüzələrin reallaşdığı bir dünyada yaşayır. Balıqlar yaradıcılıq və ilham bürcüdür. Balıqları Neptun planeti idarə edir, romantika və təxəyyül də məhz buradan qaynaqlanır. Onlar belə hesab edir ki, nağıllar aləmi dünyada mövcuddur, onu bu dünyada da yaratmaq olar. Siz başınızda hansı dünyanı yaratmısınızsa, reallıqda da onu yaşayacaqsınız. Lakin arzuların həyata keçməsi üçün sizdən hərəkət etmək tələb olunur. Axı bir neçə əsr əvvəl insanlar nə vaxtsa təyyarə ilə göyün 7-ci qatında uçduğunun yalnız xəyallarını qura bilərdi. Odur ki, real həyatı möcüzələr aləminə çevirmək mümkündür.

Tərcümə: Aytən

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Vatsapdan möhtəşəm YENİLİK

23 İyun 2017 16:13

"Şou-biznesimiz bir mafiyadır"

23 İyun 2017 16:11

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:08

Avtobus sürücülərinə sərt CƏZALAR - FOTOLAR

23 İyun 2017 16:08

Nikol Şerzinger Bakıda - FOTO

23 İyun 2017 16:05

İŞİD sosial şəbəkələri qadağan etdi

23 İyun 2017 16:05

Putin Ərdoğana zəng etdi

23 İyun 2017 16:03

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

23 İyun 2017 16:02

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

23 İyun 2017 16:01

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

23 İyun 2017 16:01

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub

23 İyun 2017 16:01

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

23 İyun 2017 15:58

Muğam müsabiqəsində rüşvət qalmaqalı böyüdü

23 İyun 2017 15:58

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər

23 İyun 2017 15:55

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

23 İyun 2017 15:54

Ana ölən oğlunu almaza çevirdi - FOTOLAR

23 İyun 2017 15:53

Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

23 İyun 2017 15:52

İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

23 İyun 2017 15:52

Əkrəm Həsənov: "Deyirlər ki, "Bank Standard"ın əmlakı artıq satılıb"

23 İyun 2017 15:52

Qapını açanı QİÇS-ə yoluxdururlar?

23 İyun 2017 15:52

ABŞ-ın viza sistemində dəyişklik

23 İyun 2017 15:48

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT - 12 kq narkotik götürüldü

23 İyun 2017 15:44

Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

23 İyun 2017 15:43

Bakıda Formula 2 pilotlarının sıralama turu başlayıb

23 İyun 2017 15:43

Narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfərə qarşı xüsusi əməliyyat keçirilib

23 İyun 2017 15:42

Yağlıbaş jurnalistlər

23 İyun 2017 15:42

Şimali Koreyada qadağan olunmuş

23 İyun 2017 15:40

Azərbaycanın icmal büdcəsinin gəlirləri 14% artırılır

23 İyun 2017 15:37

11 saylı avtobus sabahdan yeni sxem əsasında hərəkət edəcək

23 İyun 2017 15:36

Formula 1 pilotlarının sınaq yürüşü (FOTOSESSİYA)

23 İyun 2017 15:36

“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək

23 İyun 2017 15:35

Xalq artisti Adil Bağırovun 80 illik yubileyi keçiriləcək

23 İyun 2017 15:34

Arvadına xəyanət edən müğənni evdən qaçdı...

23 İyun 2017 15:33

Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

23 İyun 2017 15:32

Braziliya klubu "Barselona"dan FİFA-ya şikayət edəcək

23 İyun 2017 15:32

Sumqayıt sakinlərindən 12 kiloqrama yaxın narkotik maddə götürülüb (FOTO)

23 İyun 2017 15:29

Əliyar Ağayev Çempionlar Liqasında

23 İyun 2017 15:27

"Zirə” - “Differdanj” matçında tanış hakim

23 İyun 2017 15:27

Hikmət Hacıyev: "Çexiya səfiri XİN-ə çağırılacaq"

23 İyun 2017 15:27

SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə test imtahanları keçirilib

23 İyun 2017 15:27

Bakıda bir neçə marşurut

23 İyun 2017 15:26

Xuraman: "Elnarə məni bu mövzuda "bağlayar""

23 İyun 2017 15:22

Bakıda Formula 1 zamanı evlilik təklifi

23 İyun 2017 15:22

Vüsalə Mahirqızı: “O, hansı yükün altına girdiyini anlamalıdır” - MÜSAHİBƏ

23 İyun 2017 15:19

​"WhatsApp" sizi bu əzabdan xilas etdi

23 İyun 2017 15:19

Kişi arvadını diri-diri yandırdı, bıçaqladı sonra da...

23 İyun 2017 15:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub

23 İyun 2017 15:17

Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahətə yola salıb

23 İyun 2017 15:15

Azərbaycan XİN: Çexiyanın Azərbaycandakı səfiri XİN-nə çağırılacaq

23 İyun 2017 15:15

Formula 1 zamanı evlilk təklifi

23 İyun 2017 15:15