Bakıda ev yandı

Bakıda ev yandı
02:13 4 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR