“Avast” rəqibini 1,4 milyard dollara aldı

“Avast” rəqibini 1,4 milyard dollara aldı
08:12 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İnformasiya təhlükəsizliyi sayəsində proqram təminatının tərtibatı ilə məşğul olan "Avast Software" şirkəti özünün Hollandiyadan olan rəqibi "AVG Technologies" şirkətinin alınması üçün müqavilə imzalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Avast" AVG-nin hər səhminə görə 25 dollar ödəyəcək və onun borclarını bağlayacaq.

Bununla da müqavilənin dəyəri 1,4 milyard dollara qədər artıb. Bundan öncə "Reuters" bildirib ki, müqavilənin ümumi dəyəri 1,3 milyard dollar təşkil edəcək.

Bu razılaşma sayəsində "Avast" öz müştəri bazasını 230 milyon istifadəçidən 400 milyon istifadəçiyə qədər artıra biləcək. Bunlardan 160 milyon nəfəri mobil cihazların istifadəçiləridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/475584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR