"Tax Free" sistemi bütün sərhəd məntəqələrində tətbiq ediləcək

"Tax Free" sistemi bütün sərhəd məntəqələrində tətbiq ediləcək
12:03 4 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə "Azərbaycanda elektron Tax Free sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlardan söz açıb. Bildirib ki, Tax Free sistemi ilk olaraq beynəlxalq hava limanında tətbiq edilməyə başlanılıb. Gələcəkdə respublikanın digər sərhəd buraxılış məntəqələrində də tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər adiyyəti dövlət orqanlarının, müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra sistem bütün sərhəd buraxılış məntəqələrində tətbiq ediləcək. Tax Free sisteminin tətbiqinə başlanmasından ötən 3 ay ərzində 3262 turist tərəfindən ödənilən 487,4 min manat əlavə dəyər vergisinin geri qaytarılması həyata keçirilib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/170867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR