İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi – ÖZƏL

İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi – ÖZƏL
13:13 4 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hüquq məsələləri üzrə müşaviri Özlem Zengin bu gün Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, səfər yeni yaradılan Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimovun dəvəti ilə reallaşıb.

Səfər zamanı Ərdoğanın müşaviri bu gün Bakıda keçirilən Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın beynəlxalq iclasında iştirak edir. İclasın sonunda xanım Özlem Zenginin də iştirakı ilə Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın yekun Protokolunun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, imzalanacaq protokola əsasən, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiya Bolqarıstanda dövlət qeydiyyatına alınacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/170883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR