Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klintonla bağlı ifşaedici video: O, kimi...

Klintonla bağlı ifşaedici video: O, kimi...

Date: 4 October 2016 14:08

“WikiLeaks” saytının yaradıcısı Culian Assanc yaxın vaxtlarda ABŞ prezidentliyinə namizəd Hillari Klinton barəsində ifşaedici video təqdimatla çıxış edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Fox News” telekanalı bildirib.

Video Berlində təqdim ediləcək.

Güman edilir ki, elan ediləcək yeni məlumatlar “oktyabr sürpriz”i olacaq. Assanj hələ bu ilin avqustunda bildirib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Hillari Klintonun seçki kampaniyası haqqında əhəmiyyətli materialları dərc edəcək.

Materiallarda mümkündür ki, Klintonun əmri ilə pilotsuz təyyarədən zərbənin köməyi ilə Assancın fiziki məhvinin müzakirəsindən söhbət gedir. Söhbət Klintonun ABŞ Dövlət Departamentinə başçılıq etdiyi dövrdən gedir.

“Townhall” portalı bildirir ki, Klintonun bu sözləri zarafatyana deməsi istisna edilmir. Çünki administrasiyada həmin vaxt pilotsuz döyüş təyyarələrinin tətbiqinin müxtəlif aspektləri fəal müzakirə edilirdi.

22 iyulda “WikiLeaks” ABŞ Demokrat Partiyasının Milli Komitəsinin 20 min elektron məktubunu dərc edib. Qeyd edilirdi ki, Hillari Klintonun ifşası nəşrin hədəfidir.

Ömər Dağlı


Tags:  Klintonla bağlı ifşaedici video


RƏYLƏR


Top news