Ən bahalı futbol klubları – YENİ SİYAHI

Ən bahalı futbol klubları – YENİ SİYAHI
16:33 4 Oktyabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi ilin ən bahalı klubunu açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya İngiltərənin "Mançester Yunayted" klubu başçılıq edir. Mançester təmsilçisinin büdcəsi 718 milyon avro olaraq qiymətləndirilib. Komandanın illik xərci ötən mövsümlə müqayisədə 185 milyon avro artıb. Burada yeni transferlər Pol Poqba, Zlatan İbrahimov və Henrix Mxitaryana ödənilən maaşlar da böyük rol oynayır.

Siyahıda ikinci yerdə İspaniyanın "Real", üçüncü sırada isə İngiltərənin "Mançester Siti" klubları qərarlaşıb. İlk onluqda İngiltərə klubları üstünlük təşkil edir.

1. "Mançester Yunayted" (İngiltərə) - 718 milyon avro

2. "Real" (İspaniya) - 634 milyon avro

3. "Mançester Siti" (İngiltərə) - 611 milyon avro

4. "Barselona" (İspaniya) - 485 milyon avro

5. "Çelsi" (İngiltərə) - 481 milyon avro

6. PSJ (Fransa) – 455 milyon avro

7. "Yuventus" (İtaliya) - 395 milyon avro

8. "Arsenal" (İngiltərə) - 381 milyon avro

9. "Bavariya" (Almaniya) - 357 milyon avro

10. "Liverpul" (İngiltərə) - 356 milyon avro


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/170915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR