Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xərçəngdən əziyyət çəkən Xalq artisti: “Yaşamağıma görə...”

Xərçəngdən əziyyət çəkən Xalq artisti: “Yaşamağıma görə...”

Date: 4 October 2016 16:48

Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən ustad xanəndə, Xalq artisti Ağaxan Abdullayev ev şəraitində müalicə olunur.

Publika.az-a açıqlama verən sənətkar səhhəti ilə bağlı dərs demədiyini də bildirib:

“Özümü yaxşı hiss etsəm də, evdə dava-dərman olunur. Buna görə nə efirə çıxıram, nə tədbirlərə qatılıram. Xəstəliyimə görə ali məktəblərdə daha dərs də demirəm. Dərmanlarım qurtarandan sonra yenidən Türkiyəyə gedib müayinə olunacam. Bütün xərclərimi Heydər Əliyev Fondu üzərinə götürüb. Yaşamağıma görə Mehriban xanım Əliyevaya borcluyam”.

Xalq artisti sənət dostlarına da onu çətin günlərdə tək qoymadığı üçün minnətdarlıq edib.

Cəvahir


Tags:  Xərçəngdən əziyyət çəkən Xalq artisti Yaşamağıma


RƏYLƏR


Top news