Bakıda qarovulçunu döydürən “Range Rover”li qadınla bağlı yeni FAKTLAR

Bakıda qarovulçunu döydürən “Range Rover”li qadınla bağlı yeni FAKTLAR
17:03 4 Oktyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "Range Rover" sarı zolağa girib qəzaya düşdü - VİDEO (16 May 2017 10:27)
Bakıda "Range Rover" yanıdı (28 Aprel 2017 14:29)
​Bakıda otla işləyən “Range Rover” tapıldı (03 Aprel 2017 16:48)

Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən “Range Rover”li qadın əhvalatı ilə bağlı yeni, maraqlı və eyni zamanda müəmmalı nüanslar üzə çıxıb.

Virtualaz.org bu olayın izi ilə gedərək döyülən şəxsin kimliyini, habelə onu döydürən qadın və qadının qarovulçunu döyən əri barədə maraqlı məlumatları öyrənə bilib.

Hadisə necə olmuşdu...

Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı “Range Rover”lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı “Room” mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.

Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən “AA” seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.

Döyülən qarovulçu-26 yaşlı Gülüşov Famil Fazil oğlu

Hüquq-mühafizə orqanları bu hadisə barədə məlumat yaymayıblar. Hadisə barədə DİN-in rəsmi xronikasında da məlumat yoxdur. Baxmayaraq ki, şahidlərin bildirdiyi kimi qarovulçu xəstəxanaya aparılandan sonra hadisə yerinə polislər gəlib, ətrafdakı videomüşahidə kameralarının görüntüləri götürülüb. Səbael rayon 39-cu polis bölməsindən belə hadisənin baş verdiyini təsdiqləsələr də nə zərərçəkənin, nə onu döyənin kimliyi açıqlanmayıb.

İndi virtualaz.org öz mənbələri vasitəsilə dəqiqləşdirib ki, hadisə sentyabrın 23-də, saat 16 radələrində baş verib. Döyülən şəxs 26 yaşlı Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1 saylı Klinik Xəstəxanaya (“Semaşko”) çatdırılıb. Xəstəxanada onun ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxsi ertəsi gün xəstəxanadan çıxarıblar, “ev şəraitində müalicəyə” göndəriblər.

Cərrahiyə şöbəsinə qəbul olunub, ertəsi gün isə...

Xəstəxananın qəbul şöbəsindən virtualaz.org-a bildirdilər ki, həqiqətən döyülən Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib. Sentyabrın 24-də isə “öz istəyi” ilə xəstəxanadan çıxıb gedib. Lakin xəstəxanadan bildirdilər ki, həmin şəxs barədə əlavə məlumatları ancaq yazılı sorğu əsasında təqdim edə bilərlər.

Bəs Gülüşovu acınacaqlı duruma salan həmin şəxs və olaya səbəbkar olan “Range Rover”li qadın kimdir? Hadisə barədə cinayət işi qaldırılbmı və günahkarlar saxlanılıbmı?

Bu suallarla DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə müraciət etdik. DİN rəsmisi bildirdi ki, mətbuat hadisəni şişirdib, “ucuz sensasiya” düzəltməyə çalışıb.

DİN rəsmisi: “Qadın göz yaşları içində ərinə zəng vurub...”

“Müəyyən olunub ki, həmin binanın həyətində qeyri-rəsmi mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan buraxmazdılar. Hadisə barədə istintaq davam edir. Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb”-Orxan Mansurzadə bildirib.

“Ailədə hətta professor da var!”

Lakin bütün israrlarımıza baxmayaraq DİN rəsmisi istintaqın getdiyini əsas gətirərək qarovulçunu döyən şəxsin kimliyini açıqlamadı. Orxan Mansurzadə ancaq onu dedi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. “Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın”-Orxan Mansurzadə bildirdi.

Bəs həmin alim ər qarovulçu ilə “xuliqanlıq zəminində münaqişəyə” görə saxlanılıbmı? O.Mansurzdə bu suala cavab vermək istəmədi, ancaq istintaqın davam etdiyini, hadisəyə hüquqi qiymət veriləcəyini bildirməklə kifayətləndi.

Əgər qarovulçunu döyən alimdirsə o zaman “AA” dövlət seriyalı maşında niyə gəzir? DİN rəsmisi bildirdi ki, avtomobil həmin şəxsin dostuna məxsus olub. Dostun adı isə təbii ki, açıqlanmadı...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi

30 May 2017 05:43

Karli kamera qarşısında - FOTO

30 May 2017 05:37

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb -

30 May 2017 00:45

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52