Yeşil Nasim əsasən veqanlıq və məşhurları yamsılama videoları ilə bütün diqqətləri üzərinə çəkib.
Publika.az xəbər verir ki, İrandan olan əslən azərbaycanlı Nasim videoları türk dilində hazırlayır. Vizual olaraq çox aşağı standartlarda olsa da,danışıq tərzi və toxunduğu mövzularla bəyənməmək mümkün deyil.
Heç bir keyfiyyəti olmayan, zövqsüz geyimi, maraqlı və bir o qədər də mənasız söhbətləri ilə Yeşil Nasimin hazırladığı videolardan bəzilərini təqdim edirik.