Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda faciəvi hadisə: universitet müəllimi auditoriyada öldü - FOTO

Bakıda faciəvi hadisə: universitet müəllimi auditoriyada öldü - FOTO

Date: 5 October 2016 11:04

Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

 

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

 

Allah rəhmət eləsin!



Tags:  Bakıda faciəvi hadisə universitet müəllimi auditoriyada öldü FOTO


RƏYLƏR


Top news