Rusiya prezidenti Vladimir Putin "Rosatom" (Rusiya Dövlət Nüvə Enerji Şirkəti) korporasiyasının baş direktoru Sergey Kiriyenkonu prezident administrasiyasının başçısının birinci müavini təyin edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının digər fərmanı ilə Vyaçeslav Volodin bu vəzifədən azad olunub.
Xatırladaq ki, Vladimir Putin sentyabrın 23-də parlamentin aşağı palatası olan Dövlət Dumasının spikeri postuna Vyaçeslav Volodinin namizədliyini təklif edib.
Ömər Dağlı