Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI

Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI
15:33 5 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Müəllimlər günü (World Teacher`s Day) qeyd olunur.

Müəllimlər gününün qeyd olunması bütün təhsil işçilərinin cəmiyyətdəki vəziyyətinə, onların ölkənin inkişafındakı roluna diqqət yetirməyi nəzərdə tutur.

5 oktyabr tarixi təsadüfən seçilməyib. 1966-cı ilin bu günü Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında "Müəllimlərin durumu" haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək şərtləri barədə tövsiyələr yer alıb.

1994-cü ildən bəri iclasın keçirildiyi tarix Müəllimlər günü kimi qeyd olunur. Hər il Müəllimlər gününü yeni devizi olur. 2016-cı ildə bu deviz: "Müəllimin yüksək statusu - onun ixtisasının dəyərinin tanınmasıdır" şəklindədir.

YUNESKO-nun Statistika İnstitutunun məlumatına görə 2020-ci ilə qədər ibtidai təhsil üçün dünya ölkələrinə əlavə 12,6 milyon müəllim lazım olacaq.

Ümumiyyətlə, "pedaqoq" sözü Qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Yunan dilində "pedaqoq" sözü "uşaq aparmaq", "uşaq gəzdirmək" mənasını verir. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər.

Publika.az modern.az-a istinadən orta aylıq əmək haqqına görə ölkələrin siyahısını təqdim edir.

1. Lüksemburq - 5653 avro

2. Almaniya - 3550 avro

3. İrlandiya - 3226 avro

4. Avstraliya - 3200 avro

5. Hollandiya - 3165 avro

6. ABŞ - 2600 avro

7. Danimarka - 3046 avro

8. Belçika - 2688 avro

9. Böyük Britaniya - 2680 avro

10. Avstriya - 2520 avro

11. İtaliya - 1995 avro

12. Polşa-999 avro

13. Türkiyə - 800 avro

14. Estoniya - 745 avro

15. Rusiya - 545 avro

16. Ukrayna - 260 avro

17. Gürcüstan - 230 avro

18. Ermənistan - 280 avro

19. Finlandiya - 3500-4500 avro.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR