Xalq artistinin prodüserinin xoş günündə - Sürpriz

Xalq artistinin prodüserinin xoş günündə - Sürpriz
16:04 5 Oktyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərov bu gün ad günü keçirir. Lent.az-a açıqlama verən prodüser bildirib ki, doğum günündə ilk təbrik qızından gəlib: “Bir çoxları bilir ki, təmtəraqlı ad gününü sevən deyiləm. İllərdir ki, ənənəmə sadiq qalıb, ad günümü restoranda qeyd etmirəm. Bu il isə öz yazınlarım və say-seçmə tanışlarımın əhatəsində ad günümü qeyd edəcəyəm. Hədiyyəni sevməsəm də ilk sürpriz hədiyyəni qızım Nərmin etdi. Telefon bağışladı”.

 

 

Qeyd edək ki, R.Cəfərov illərdir ki, S.Səmədovun prodüseridir. Bu günə qədər şou-biznesdə bir çox müğənnilərlə, Nadir Qafarzadə, Manana Çaparidze, Ayan Babakişiyeva kimi ifaçılarla işləyib. Evlidir, bir qızı, bir oğlu var. Qızı Nərmin Cəfərova Sankt-Peterburq Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Oğlu Həsən Cəfərov isə ötən il Azərbaycan Dillər Universitetinə daxil olub. 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR