Kerrinin Qarabağ bəyanatı - ABŞ öz maraqlarına zidd addım atır

Kerrinin Qarabağ bəyanatı - ABŞ öz maraqlarına zidd addım atır
18:22 5 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Con Kerri özünə yeni iş tapdı (02 Mart 2017 02:19)

ABŞ-ın Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərait yaranmadı və liderlərin buna hazır olmadığına dair söylədiyi fikirlər məndə böyük təəssüf hissi doğurur. Onun belə bir şərhini eşidəndə bu, mənə vaxtilə Con Kerrinin Konqresdə Azərbaycana qarşı məlum "907-ci düzəliş"i hazırlamasını xatırlatdı.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə ABŞ-ın Dövlət katibi Con Kerinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkünsüz olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Con Kerrinin bu yanaşması Azərbaycanı hər zaman narahat edən məsələni bir daha qabartdı: "Beynəlxalq ictimaiyyət, dünyanın nüfuzlu təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş ölkəyə qarşı, məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir addım atmırlar. Qınaq görməyən Ermənistan da, təbii ki, status-kvonu saxlamağa çalışacaq və artıq 25 ildir məcburi qaçqın və köçkün düşmüş 1 milyona yaxın azərbaycanlı bundan sonra da eyni aqibəti yaşamağa davam edəcəklər. Bu, haqsızlıqdır, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Kerrinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə ilə bağlı mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Bu həll BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, dünyanın aparıcı təşkilatlatlarının qəbul etdiyi çoxsaylı sənədlərə əsaslanmalıdır".

A.Mollazadə hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını dəyişməsi üçün bir müddət gözləmək lazım gələcək: "Çünki Con Kerrinin Dövlət katibi postundakı fəaliyyət müddəti bitmək üzrədir. Əminəm ki, ABŞ-ın yeni administrasiyası Amerikanın dünyadakı rolu və məsuliyyətini özü üçün daha ciddi, daha yaxından dərk edəcək və bu proseslərdə fəal iştirak edəcək. Ona görə də, hələ ki, dözməliyik. Biz bu bəyanata ciddi fikir verməsək, daha yaxşı olardı. Reallıq budur ki, Amerikada çox nüfuzlu, güclü erməni təşkilatları var ki, onlar hətta ABŞ-ı öz milli təhlükəsizlik maraqlarına zidd addımlar atmağa təsir göstərirlər. Biz ümidvarıq ki, ABŞ-ın maraqlarını üstün tutan hər bir siyasətçisi Amerika üçün Azərbaycanla münasibətlərin, ümumilikdə Azərbaycanın rolunu daha yaxşı anlayacaq və bu prosesdə daha fəal iştirak edəcək".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb. Onun fikrincə, münaqişə tərəflərinin liderlər buna hazır deyillər.

Xatırladaq ki, Con Kerri artıq 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını müdafiə edir. O, hələ 1983-cü ildə, Masseçusets ştatının qubernatoru olarkən anti-türk mövqeyi ilə "şöhrət" tapmış Maykl Dukakisin köməkçisi olub. Daha sonra senator olduğu dövrdə "erməni soyqırımı" iddiasının tanınmasına dəstək verib, hətta bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib. C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova məktub ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" qeyd edib. Kerri 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouenslə birgə Azadlığı Müdafiə Aktına Azərbaycana qarşı yönəlmiş məşhur "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. 2004-cü ildə ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd olarkən hətta "erməni soyqırımı"nı tanıyacağını vəd edən C.Kerri buna nail olmadıqda 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə aprelin 24-də Corc Buşdan, 2008-ci il sentyabrın 26-da isə senator Robert Menendezlə ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb edib. O, 2012-ci il sentyabrın 5-də Ramil Səfərovun azad olunmasını pisləyib və bundan "şoka düşdüyünü" deyib.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dəhşətli qəzada ölən şəxs sabiq AFFA prezidentinin yaxın qohumu imiş - YENİ FAKTLAR

29 İyun 2017 11:29

Rusiya yaxın 10 ildə.. - Məruzə məxfilikdən ÇIXARILDI

29 İyun 2017 11:28

Hadisəni məyus edən ölüm - FOTO

29 İyun 2017 11:27

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq"

29 İyun 2017 11:27

İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

29 İyun 2017 11:27

Məşhur aktyor ata oldu - FOTO

29 İyun 2017 11:27

Putin Türkmənistan liderinə orden verdi

29 İyun 2017 11:23

Şəhidin son görüntüləri, son atəşi...

29 İyun 2017 11:23

Nazir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq"

29 İyun 2017 11:22

Ronaldu iki uşaq atası olduğunu təsdiqlədi - FOTO

29 İyun 2017 11:22

Məşhur qrupun solisti vəfat etdi - FOTO\VİDEO

29 İyun 2017 11:18

Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir

29 İyun 2017 11:17

Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə vəziyyət gərgindir"

29 İyun 2017 11:17

ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib

29 İyun 2017 11:17

Aygünün makiyajsız halı - FOTO

29 İyun 2017 11:17

İki il ard-arda eyni bikinini geyinən aktirsa "hədəf" oldu - FOTO

29 İyun 2017 11:12

Vatikanın xəzinadarı uşaqbazlıqda suçlanır - BÖYÜK QALMAQAL - VİDEO - FOTO

29 İyun 2017 11:12

Bəy toy günü gəlin əvəzinə başqasını öpdü - VİDEO

29 İyun 2017 11:12

Bakıda avtosalonların ŞOK fırıldağı

29 İyun 2017 11:12

Ağdaşda ağır qəza: ölən var

29 İyun 2017 11:09

Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ - VİDEO

29 İyun 2017 11:08

Qatarda bomba həyəcanı

29 İyun 2017 11:06

Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

29 İyun 2017 11:02

"Magistraturaya qəbul olunanların sayı artıb" - Nazir

29 İyun 2017 10:59

Bakıda Musiqi Bayramı keçiriləcək

29 İyun 2017 10:58

"Vücudunuz gəncləri yoldan çıxarır" deyib hovuzdan qovdular - FOTO

29 İyun 2017 10:57

Məşhur aktrisa oğlu yaşında gəncə vurulub - FOTO

29 İyun 2017 10:52

Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar başlayıb

29 İyun 2017 10:52

“Qəbələ”nin sabiq baş məşqçisi: “Premyer Liqadakı ulduz futbolçular mərc oyunlarına alüdə olublar”

29 İyun 2017 10:52

Magistraturaya daxil olan oğlanların sayı artıb - SƏBƏBİN nazir açıqladı

29 İyun 2017 10:52

Seksual zorakılıqda ittiham edilən Kardinal: "Səbirsizliklə gözləyirəm"

29 İyun 2017 10:49

Bakıya gələn təyyarədə ERMƏNİ YEMƏKLƏRİ - AZAL-dan REAKSİYA

29 İyun 2017 10:48

"Formula-1" sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə - FOTO

29 İyun 2017 10:47

Muratla Aslının barışıq yeməyi - FOTO

29 İyun 2017 10:47

Arif Məmmədov və Elnur Nağızadə rəsmi axtarışa verildi - FOTO

29 İyun 2017 10:47

Bu səhəri çox acı xəbərlə açdıq

29 İyun 2017 10:47

Bakıda "Statistika dairəsi"

29 İyun 2017 10:45

Qafiyənin qafiyəsi

29 İyun 2017 10:44

Sabunçuda beşmərtəbəli binada yanğın - 14 nəfər təxliyyə edildi

29 İyun 2017 10:43

ABŞ Dövlət Departamenti: Azərbaycan insan alverinə qarşı mübarizə baxımından ciddi səylər göstərir

29 İyun 2017 10:42

TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb

29 İyun 2017 10:42

Bakı polisi iki keçmiş dövlət məmurunu axtarışa verdi - FOTOLAR

29 İyun 2017 10:39

İdarənin saytında keçmiş iki məmurun axtarışı barədə məlumat yerləşdirilib

29 İyun 2017 10:38

"Kara Sevda"nın aktrisasından diqqət çəkən FOTO

29 İyun 2017 10:37

“Facebook”un auditoriyası 2 milyardı ötüb

29 İyun 2017 10:35

“iOS 11” sisteminin beta sınaqları başa çatıb

29 İyun 2017 10:35

Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

29 İyun 2017 10:34

Rusiya və Qərb arasında müharibə başlayacaq - MƏRUZƏ

29 İyun 2017 10:33

Gələn ay Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcək

29 İyun 2017 10:32

Paytaxtın əsas prospektində "Mercedes" və "Hyundai" toqquşdu

29 İyun 2017 10:32