“Yatan hücrə”dən ŞOK PLAN

“Yatan hücrə”dən ŞOK PLAN
18:53 5 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

İyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdində heç bir vəzifə almayan və yeni bir çevriliş cəhdi üçün hazır vəziyyətdə gözləyən 39 şübhəli saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan 28-i polkovnik, 5-i ehtiyatda olan zabit, 6-sı isə FETÖ (Fəthullahçı Terror Təşkilatı) imamıdır.

Saxlanılan şəxslərin hərbi lisey və hərbi ali məktəb dövrlərindən etibarən FETÖ ilə əlaqədə olduqları bildirilir. Onların yer aldığı “Yatan hücrə” qrupunun hərbi çevriliş cəhdində iştirak etmədiyi, yeni bir çevriliş üçün təlimatlandırıldıqları məlum olub.

Məlumata görə, şübhəlilər Türkiyə Silahlı Qüvvələrində tamamilə deşifrə olmaması üçün “Yatan hücrə” qrupuna daxil ediliblər.

Xatırladaq ki, daha əvvəl səsləndirilən iddialara görə, FETÖ Türkiyədə ikinci bir hərbi çevriliş hazırlaşır. Bu iddiaların müəllifləri hesab edir ki, növbəti çevriliş cəhdi qanlı olacaq.

“Daha qanlı” ssenarisi təsdiqləndi – BÖYÜK HÜCUM

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR