Brüsseldə TEAS-ın ofisinin açılış mərasimi oldu

Brüsseldə TEAS-ın ofisinin açılış mərasimi oldu
20:54 5 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı  dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri, Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları və Azərbaycanın dostları qatılıb. Tədbirdə  Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Belçikanın Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa  və Mərkəzi Asiya Departamentinin direktoru Co İndekeu və Belçika baş nazirinin müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor müavini Mark Mullie iştirak edib.

 

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders bildirib ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan Cəmiyyətinin iştirakı sayəsində daha da irəliləyib. D.Reyndersin sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif qurumlarında tədbirlər təşkil etməkdə davam edir: “Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovun təyarə ilə Brüsselə enməsindən cəmi iki saat sonra bu tədbirə qatılmışam. Azərbaycanın Belçikaya və bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək qiymətləndirilməlidir. Belçika - Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”, - deyə Belçika rəsmisi vurğulamışdır.

 

Natiq daha sonra bildirib ki, qarşılıqlı ticarət missiyalarının və ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının həcminin artırılmasına dair razılıq  əldə olunub. Belçika şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur.  Eyni zamanda ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir çox imkanlar var. Belçika dizaynerləri və şirkətləri Bakının möhtəşəm inkişafına öz töhfələrini veriblər. Xüsusilə, “Fluxys” şirkəti Trans-Adriatik Boru Kəmərinin (TAP), Xəzərin Azərbaycan sektorunda yerləşən “Şah Dəniz” yatağından qazın İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq Cənub Enerji Dəhlizinin tikintisində əsas rol oynayır.

 

“TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir. Aİ–Azərbaycan münasibətləri çox inkişaf etmişdir və bunun nəticəsində Birlik və Əməkdaşlıq Sazişləri imzalanmışdır. Yeni Çərçivə Sazişi ratifikasiya edilmişdir, Bu sənəd bir sıra məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev, azərbaycanlı həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi köçkünlərlə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun qaldım. Azərbycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik çıxıram. Tezliklə onların dogma yurdlarına qayıtmasını arzulayıram.”

 

Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan Cəmiyyətinin  Benelüks ofisinin direktoru Mark Vervilghen bildirib “Nəyə görə Brüssel və Benelüks ölkələri TEAS üçün bu qədər önəmlidir ? Buna bir çox səbəb var – Brüssel Avropanın və Avropa İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş qərargahıdır, Brüsseldə ərazinin bir kvadrat metrinə düşən səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur, Benelüks Aİ-nin müjdəçisi olub və Benelüks Belçika, Niderland və Lüksemburqu təmsil edir – bunlar güclü iqtisadiyyatı olan üç ölkədir. Benelüks Aİ-nın bir növ sınaq laboratoriyasıdır. Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və İran arasında mühüm bir yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük rol aynayır və oynayacaqdır. Bundan əlavə, Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq Cənub Enerji dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında müxtəlifliyi təmin edəcək. Azərbaycan dünyavi, tolerant, multikultural və çox konfessiyalı ölkədir. Dünya Yəhudiləri Konqressinin nümayəndələri təzəlikcə ölkəyə səfər etmişdilər ki, onlardan sonra Papa Fransisin səfəri baş tutdu. Papa  Azərbaycanın  tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model, ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir.”

 

 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib: “Benelüks ölkələri Avropa İttifaqının məhək daşıdır və buna görə də TEAS-ın Benelüks ofisinin olması çox vacibdir. Yüz illər boyu davam edən müharibələrdən sonra Benelüks tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür sülhə ehtiyacı vardır. Avropada ölkəmiz haqqında obyektiv məlumatların çatdırılmasında TEAS-ın çox böyük fəallıq nümayiş etdirir. Azərbaycan beynəlxalq terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı işində bütün ölkələrlə sıx əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı ölkələri ilə. Hamımız birlikdə olanda biz daha güclüyük.”

 

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, TEAS uzun bir yol keçib: “Bizim məqsədimiz mədəniyyətimiz və tariximizi təbliğ etmək və Avropa İttifaqı - Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu günümüzdə üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilirik”.

 

Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan folklor melodiyalarını, İ.S.Baxın D Minorda Tokkata və Fuqa əsərlərini böyük ustalıqla ifa edib.

 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin siyahısında dəyişikliklər edildi

23 Avqust 2017 17:43

Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib

23 Avqust 2017 17:42

Almaniyada avtobus aşıb, 40 nəfər yaralanıb

23 Avqust 2017 17:42

İlham Əliyev Petro Poroşenkonu təbrik edib

23 Avqust 2017 17:39

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23 Avqust 2017 17:37

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 17:37

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

23 Avqust 2017 17:35

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

23 Avqust 2017 17:35

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ AÇIQLADI

23 Avqust 2017 17:34

“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib

23 Avqust 2017 17:32

TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib

23 Avqust 2017 17:32

Manaf Ağayevdən "Qarabağ"ın oyunu haqda:

23 Avqust 2017 17:31

"Beşiktaş"ın prezidenti azərbaycanlı modellə sevgili imiş - FOTOLAR

23 Avqust 2017 17:29

Prezident Petro Poroşenkonu təbrik etdi

23 Avqust 2017 17:28

Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

23 Avqust 2017 17:27

Məleykə Abbaszadə: “Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”

23 Avqust 2017 17:22

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

23 Avqust 2017 17:22

Madafiə nazirləri Bakıda görüşəcək

23 Avqust 2017 17:19

"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

23 Avqust 2017 17:17

Proqnoz: Yuan ucuzlaşmağa başlaya bilər

23 Avqust 2017 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

23 Avqust 2017 17:13

Ramil Quliyev dünya çempionatında “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb

23 Avqust 2017 17:12

Ueyn Runi İngiltərə yığmasındakı karyerasını başa vurub

23 Avqust 2017 17:12

İran və Səudiyyə Ərəbistanı bir - birinə nümayəndə heyətləri göndərəcəklər

23 Avqust 2017 17:12

"Quduzluq ölümlə nəticələnən ağır xəstəlikdir"

23 Avqust 2017 17:12

Gürcüstanın müdafiə naziri: “Göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”

23 Avqust 2017 17:08

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

23 Avqust 2017 17:07

Neftçi"nin prezidenti SOCAR-ın "qara siyahısı"nda

23 Avqust 2017 17:07

Kanada şirkəti Azərbaycanın quru yatağında yeni qurğu quraşdırıb

23 Avqust 2017 17:02

Şirvanda 3 otaqlı ev yanıb

23 Avqust 2017 16:59

Ağrıya baxan “erməni” gözü, yaxud Kələntərov necə Lavrov oldu?

23 Avqust 2017 16:58

Qəhrəman Ağayev: "Xızıda aşkarlanan məzarlıqda arxeoloji qazıntılar aparılmalıdır"

23 Avqust 2017 16:52

”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor

23 Avqust 2017 16:48

Messi açıqlaması: "Barselona"dan gedə bilər"

23 Avqust 2017 16:47

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının işi Bakı Hərbi Məhkəməsinə qaytarılıb

23 Avqust 2017 16:42

Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti

23 Avqust 2017 16:42

Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazanıb

23 Avqust 2017 16:32

Babək Qalası mərasiminə qatılan fəallar məhkəməyə çağırılır

23 Avqust 2017 16:23

Bir ovuc qarpız tumunu qaynar suya atın - Nəticəsi sizi çox təəccübləndirəcək!

23 Avqust 2017 16:18

Badamı isladıb yeyin, MÖCÜZƏNİN şahidi olun

23 Avqust 2017 16:18

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:17