Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya ABŞ-la nüvə əməkdaşlığını dayandırdı

Rusiya ABŞ-la nüvə əməkdaşlığını dayandırdı

Rusiya və Tacikistan nüvə reaktoru tikə bilərlər (27 Fevral 2017 20:12)
“Bu, qlobal sivilizasiyanın faciəsi ilə nəticələnəcək” - DƏHŞƏTLİ PROQNOZ (24 Fevral 2017 21:03)
“ABŞ öz saatını sakitcə gözləməlidir” - Putinin “nüvə” PROBLEMİ (24 Fevral 2017 19:33)

Tarix: 5 Oktyabr 2016 23:19

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə  əməkdaşlıq sazişini dayandırıb.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

 

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

 

Reuters agentliyinin məlumatına görə, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ  nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

 

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.

 


Teqlər:  Rusiya ABŞ-la nüvə əməkdaşlığını dayandırdı



RƏYLƏR


Top xəbərlər