29-30 sentyabr tarixlərində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum (bundan sonra Forum) İtaliya mətbuatında geniş işıqlandırılıb.
Teleqraf.com xəbər verir ki, forumun təşkili, seçilmiş mövzuların aktuallığı, dəyirmi masalar çərçivəsində edilmiş çıxışlar və aparılmış müzakirələrin səmərəliyi, habelə ikitərəfli görüşlərin səviyyəsi İtaliya mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Belə ki, Forumla bağlı İtaliya KİV-ində aşağıdakı yazılar dərc olunub:
* “ADNKRONOS” xəbər agentliyinin “İlham Əliyev: “Multukulturalizm sülhün açarıdır” adlı yazıda Forumla bağlı məlumat verilmiş, həmçinin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, habelə digər natiqlərin səsləndirdiyi fikirlər öz əksini tapmışdır (http://www.adnkronos.com/fatti/esteri/2016/09/29/azerbaigian-aliyev-multiculturalismo-chiave-per-pace_UFWphJxZ6iGRQ7VQ41on8K.html?refresh_ce) ;
* “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”-da jurnalist Matteo Karnielettonun müəllifi olduğu “Multukulturalizmə təhdidlər” adlı məqalədə ölkəmizin geostrateji əhəmiyyəti və son illərdə burada müşahidə olunan inkişafla bağlı məlumat verilmiş, o cümlədən tarixən ənənəvi tolerant dövlət olan Azərbaycanın dünya multurkulturalizminə verdiyi töhfə və bu kontekstdə, keçirilən Forumun əhəmiyyəti barədə söz açılıb (http://www.occhidellaguerra.it/azerbaijan-la-sfida-del-multiculturalismo/);
* İtalyan jurnalist Domeniko Letisiyanın “L`Opinione” qəzetində
dərc etdirdiyi “Bakı multukulturalizmin paytaxtı”
(http://www.opinione.it/esteri/2016/10/01/letizia_esteri-01-10.aspx)
və “Il Monito” analitik-informasiya portalında dərc etdirdiyi
“Multikulturalizm radikalizmə qarşı cavab kimi”
(http://ilmonito.it/index.php/estera/item/5152-il-multiculturalismo-come-risposta-al-radicalismo-religioso)
adlı məqalələrdə Forum, burada dəyirmi masalar çərçivəsində
müzakirə olunan mövzular barədə danışılmış, həmçinin ölkəmizdə
mövcud olan dini və etnik tolerantlıq mühiti barədə məlumat
verilib;
* İtalyan hüquqşünas və beynəlxalq iqtisadiyyat üzrə mütəxəssis, Forum iştirakçısı Nuntsio Bevilakuanın “Adnkronos”, “ANSA”, “Dire”, “Economia Vicenza Piu”, “Larena” və “Notizie Tiscali” kimi KİV-lərdə verdiyi müsahibələrində Azərbaycanın neft satışından əldə olunan gəlirlərdən səmərəli istifadə etdiyi, ölkə iqtisadiyyatının diversifikasiyası məqsədilə, kənd təsərrüfatı, turizm, nəqliyyat və loqistika sahələrinin inkişafına sərmayə yatırdığı barədə danışmışdır. N.Bevilakua Şərqlə Qərb, Rusiya ilə Körfəz ölkələri arasında strateji mövqe tutan Azərbaycanın, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında neft ölkəsindən “texno-sənaye” ölkəsinə çevriləcəyinə əminliyini ifadə efib.
* İtaliyanın “Fides” xəbər agentliyi Forumda Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin açılış nitqində
Avropada islamafobiya meyllərinin artması və müsəlman miqrantların
üzləşdiyi ədalətsizliklərə dair səsləndirdiyi fikirlərə yer verib
(http://www.fides.org/it/news/60866-EUROPA_AZERBAIGIAN_Il_Presidente_Aliyev_islamofobia_e_xenofobia_sono_il_nuovo_fascismo_che_minaccia_l_Europa#.V_T0kZX8KM9).
Azerbaigian, Aliyev: "Multiculturalismo chiave per la pace"
L'Arzebaigian è il paese simbolo del multiculturalismo e della
multiconfessionalità come strumento di dialogo, di pace e di
convivenza. Lo ha detto il presidente dell'Azerbaigian, Ilham
Aliyev, aprendo questa mattina a Baku il quinto forum
internazionale dedicato ai temi umanitari.