Prezidentin ailəsi "Əli və Nino" filminin premyerasında - FOTOLAR

Prezidentin ailəsi "Əli və Nino" filminin premyerasında - FOTOLAR
09:58 6 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış xanım premyeraya yarıçılpaq getdi - FOTO (30 May 2017 22:05)
42 yaşlı Ayşvariya Rayın möhtəşəm libası - FOTO (20 May 2017 17:52)
Kaliforniyanın San Dieqo şəhərində “Əli və Nino” filminin premyerası keçirilib (10 May 2017 10:27)

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

Publika.az xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib.

Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib: “Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir”.

Sonra film nümayiş olunub.

Birinci Dünya müharibəsinin başlanmasına, dünya neft ehtiyatının 50 faizinin Azərbaycanın payına düşməsinə, ölkəmizin Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşməsinə dair sözlərlə başlayan film elə ilk kadrlarından tamaşaçıda böyük maraq yaradır. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, istiqanlı və məğrur bir xalqın nümayəndəsi olan Əlinin obrazında sərhəd tanımayan, heç bir mənsəbə məhəl qoymayan ülvi bir eşq hekayəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən filmin gələcək uğurlarını bu gündən aydın görmək mümkündür.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

“Əli və Nino” ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan bu film artıq dünya mediasının da gündəmindədir. Xarici media “Əli və Nino”nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Mətbuat materiallarında filmin musiqisinin nostalji, eyni zamanda, romantik, kədərli, bununla yanaşı, ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki gəncin münasibətlərinin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri və Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini məharətlə canlandıra, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya biliblər.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: “Əslində, bu gün “Əli və Nino” filminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

“Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu və biz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya Valverdeni və Numan Akarı səhnəyə dəvət edib.

Qeyd edək ki, müxtəlif dövlətlərin, millətlərin nümayəndələrinin yer aldıqları film barədə kinoşünasların da zəngin təəssüratları var.

Filmin ssenari müəllifi Kristofer Hemptonun fikrincə “Əli və Nino” qeyri-adi bir əsərdir. Film ona Azərbaycanı yaxından tanımağa imkan yaradıb. “Maraqlıdır, ölkənin ərazisi böyük olmasa da fərqli coğrafi mövqeyi, iqlimi, meşələri var. Xalqınız çox mehribandır. Burada çox gözəl vaxt keçirdim”, - deyə Kristofer Hempton vurğulayıb. Bir çox layihələrdə işlədiyini qeyd edən Kristofer Hempton diqqətə çatdırıb ki, bu layihə istər çəkiliş prosesi, istərsə də mövzu baxımından onun üçün çox maraqlı olub.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan nefti bahalaşdı

24 İyun 2017 11:32

“Azercell” Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır

24 İyun 2017 11:32

Azərbaycan düşməni vahiməyə salan hərbi texnikanı CƏBHƏYƏ GÖNDƏRİR: YENİ SİLAHLAR - FOTO/VİDEO

24 İyun 2017 11:28

Ukrayna millisinin sabiq futbolçusu rəsmən "Qarabağ"da

24 İyun 2017 11:27

Tarkan rəqqasə Oksananı Bakı bulvarında BELƏ COŞDURDU - VİDEO

24 İyun 2017 11:23

Formula 1: Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlanıb

24 İyun 2017 11:22

Erməni hərbçilər qəzaya düşdü: 12 nəfər yaralandı

24 İyun 2017 11:22

Rusiyadan alınan silahlar cəbhəbəyə göndəriləcək

24 İyun 2017 11:22

Şəxsiyyət vəsiqəsini girov saxlayan şəxslər

24 İyun 2017 11:20

Mehriban Əliyevaya yeni köməkçi təyin edildi - SƏRƏNCAM

24 İyun 2017 11:19

Polis qızla əlaqədə olduğu VİDEOsunu internetdə yaydı - FOTO

24 İyun 2017 11:17

Hərbi təyyarə qəzaya uğradı

24 İyun 2017 11:17

Müdafiə Nazirliyi: Çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək

24 İyun 2017 11:15

Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Azərbaycanla eyni mövqedən çıxış edirik"

24 İyun 2017 11:12

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirildi - FOTO

24 İyun 2017 11:12

Birinci vitse-prezidentə köməkçisi təyin edildi

24 İyun 2017 11:06

Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi təyin edildi

24 İyun 2017 11:05

İkinci iş kimi erotik filmlərə çəkilən dayə işdən qovuldu - FOTO

24 İyun 2017 11:05

Səlahiyyətlərini aşan rəhbərlərin vicdansiz əməlləri

24 İyun 2017 11:04

İşğal planını məhv edəcək HƏMLƏ: Türkiyə ordusu HƏRƏKƏTƏ KEÇDİ

24 İyun 2017 11:03

Rusiyadan alınan hərbi texnikanın ölkəmizə gətirilməsi davam edir

24 İyun 2017 11:02

İmişlidə avtomobil qəzası: 1 ölü, 3 yaralı

24 İyun 2017 10:58

Doğum evində qarışıq düşən körpələr

24 İyun 2017 10:58

Nadirin xanımı ilə İstanbul gəzintisindən FOTOlar

24 İyun 2017 10:57

İmişli-Beyləqan magistral yolunda ağır qəza: Ölən və yaralı var

24 İyun 2017 10:52

Formula 1: Bakı bulvarında pilotların iştirakı ilə növbəti avoqraf sessiyası baş tutub

24 İyun 2017 10:52

Yığmamızın növbəti sınağı

24 İyun 2017 10:52

Natavan Həbibinin nişanından görüntülər...

24 İyun 2017 10:52

Millət vəkilinə AĞIR İTKİ

24 İyun 2017 10:48

İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb

24 İyun 2017 10:47

“Qarabağ” ukraynalı qapıçı transfer edib

24 İyun 2017 10:47

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 10:47

Tarkanın Bakıdakı konsertində nələr baş verdi? - FOTOLENT

24 İyun 2017 10:44

Natavan Həbibinin özündən 6 yaş kiçik nişanlısı ilə özəl GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR

24 İyun 2017 10:43

London yanğınının fəsadları: 4 min insan evlərindən çıxarıldı - VİDEO - FOTO

24 İyun 2017 10:42

Alen Prost: "Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub" - FOTO

24 İyun 2017 10:37

"Formula 1" qonaqlarına Tarkandan möhtəşəm şou (FOTO)

24 İyun 2017 10:36

Günəş enerjisi suyu duzdan səmərəli təmizləməyə kömək edəcək

24 İyun 2017 10:35

Natavanla repçi Dadonun nişanından FOTOLAR

24 İyun 2017 10:34

"İşğal altında olan torpaqlarımız azad ediləcək"

24 İyun 2017 10:33

Qızıl 7 dollar bahalaşdı

24 İyun 2017 10:32

Millət vəkilinin həyat yoldaşı vəfat etdi

24 İyun 2017 10:27

Beyləqanda ağır qəza: 1 nəfər öldü

24 İyun 2017 10:24

Zakir Həsənov hərbçilərə MÜRACİƏT ETDİ

24 İyun 2017 10:23

"Miss Baku" cazibədar bədənini nümayiş etdirdi - FOTO

24 İyun 2017 10:22

Zakir Həsənov: “Xalq öz ordusuna inanır, gücünə güvənir”

24 İyun 2017 10:22

Nazir: "Azərbaycan əsgəri torpaqlarını azad etməyə qadir olduğunu bütün dünyaya sübut etdi"

24 İyun 2017 10:22

Ermənilər bu mövqelərimizi atəşə tutub

24 İyun 2017 10:19

Qapını açıq saxıayanlar İŞDƏN QOVULACAQ - FOTO

24 İyun 2017 10:18

Qızıl 7 dollar bahalaşdı

24 İyun 2017 10:17