Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Agentlər futbolun bədxassəli şişləridir"

"Agentlər futbolun bədxassəli şişləridir"

Date: 6 October 2016 15:32

"Napoli" prezidenti Aurelio De Laurentis futbol agentlərinə qarşı çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kinoprodüser kimi də fəaliyyət göstərən De Layrentis bunları deyib:

"Hollivud"da aktyorlar agentlərə könüllü şəkildə pul verirlər. Mən prodüserəm deyə onlara ödəniş etmirəm. Bəs futbolda agentlərə niyə pul verim? Agentlər bu sahənin bədxassəli şişləridir. Hamısına aid deyil. Amma başa düşə bilmirəm ki, onların olması nəyə lazımdır. Futbol agentləri pulu öncədən istəyirlər, onların tamahkarlığı ucbatından transferlər baş tutmur".

Milli.Az


Tags:  Agentlər futbolun bədxassəli şişləridir

RƏYLƏR


Top news