Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə tövsiyə

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə tövsiyə
17:57 6 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Report" Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyevin "Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə tövsiyə" adlı məqaləsini təqdim edir:
Dövlət Yol Polisi tərəfindən müntəzəm olaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin keçirilməsinə baxmayaraq, hələ də müəyyən olunmuş sürət həddini aşan, ötmə və manevr etmə qaydalarını pozan, hətta sərxoş vəziyyətə avtomobili idarə edən sürücülərə tez-tez rast gəlmək olur. Sözsüz ki, bu qayda pozmaları hər dəfə qəza ilə nəticələnmir. Amma qəzaların təhlilindən məlum olur ki, qəzanı törədən şəxs hadisəni törədənədək həmin qaydaları pozduğuna görə artıq bir neçə dəfə məsuliyyətə cəlb edilib. Lakin çox vaxt qəza nəticəsində zərərçəkən təkcə təqsirkar tərəf olmur. Əfsuslar olsun ki, bəzən qəza zamanı heç bir qayda pozuntusuna yol verməyən hərəkət iştirakçısı daha çox zərər görür. Belə qəzaların qarşısını almaq çətin olsa da onun nəticələrini yüngülləşdirmək, insanları ciddi zədələrdən qorumaq üçün müəyyən tədbirlər görmək mümkündür.
Adətən toqquşma, insan reaksiyasının qəzanın qarşısını almağa yetərli olmaması və ya nəqliyyat vasitəsinin idarəolunmaz vəziyyətə düşməsi səbəbindən baş verir. Çox vaxt sürücülər düşdükləri qəza vəziyyətləri haqqında danışarkən deyirlər: "Nə lazımdırsa etdim, amma qəzadan qaça bilmədim". Bəli, qəza vəziyyətində əvvəlcə sürücünün diqqəti yalnız ona yönəlir ki, toqquşmadan yayınsın. Bu alınmadıqda isə o, özünü taleyin ixtiyarına buraxır. Halbuki həmin anda, qəzaya bir neçə saniyə qalanda vəziyyətdən minimum itkilərlə çıxmaq və insanları xilas etmək olar.
Əgər avtomobilin hər hansı maneəyə çarpması qarşısıalınmazdırsa, sürücü nə etməli, özünü necə aparmalıdır?
Mütəxəssislərin çoxillik təcrübəyə əsaslanan ümumi rəyi belədir ki, qəza obyektiv reallıqdır. Təbii ki, bu barədə fikirlər adamda qorxu hissi yaradır. Lakin təkcə qorxu hissi qəzanın qarşısını almağa yetərli deyil. Axı qəzanın başqa adamın günahı üzündən baş verməsi də mümkündür. Qorxu əslində vəziyyəti daha da ağırlaşdırır. Çünki sürücü qorxu içində olduqda, lazımi tədbirləri görə bilmir və düzgün qərar vermək qabiliyyətini itirir.
Bəzən "qorxu anı" anlayışından çox yazır və çox danışırlar. Bu zaman insan beynində bir növ "qısa qapanma" nəzərdə tutulur. Əlbəttə, hərəkət şəraiti qəflətən dəyişdikdə, insan qorxa bilər. Amma söhbət reaksiya müddətindən, yəni təhlükəni duyan andan tədbir görülənədək keçən vaxtdan, yəni təxminən 0,2-0,5 saniyədən gedir. Reaksiya müddəti böyük olanlar diqqətsiz və hazırlıqsız sürücülərdir. Bu kateqoriyadan olan sürücülərə alkoqol və narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə olan şəxslər də aiddir. Onlar hərəkət şəraitinə lazımi səviyyədə fikir vermir, ətraflarında cərəyan edən hadisələri nəzarətdə saxlamırlar. Yaxşı sürücünün reaksiya cəldliyi isə hər şeydən əvvəl onun diqqətinin, istənilən təsadüfə hər an hazır olmasının nəticəsidir. Əsas məsələ isə düzgün reaksiyadır. Bu, cəldlikdən daha vacib şərtdir.
Adətən gənclərdə reaksiyanın yaşlılara nisbətən daha yaxşı olmasını deyirlər. Amma 80 km/saat sürətlə gedərkən, yolda şüşə qırıntılarını görərək, dərhal qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxan gənc sürücünün cəldliyi təqdir edilə bilməz. O, cəld hərəkət etsə də, səhv qərar verir. Çünki ən yaxşı halda zəif toqquşmadan sonra maşının təmirinə xərclənən pula heç olmasa 10-12 şin almaq olardı. Gənc sürücü isə təhlükəsizliyi deyil, məhz təkərlərinin deşiləcəyindən qorxduğu üçün yanlış qərar verir.
Qəzanın qarşısını almaq üçün çox şey etmək olar. Qaçılmaz qəzanı da "yüngülləşdirmək mümkündür. Axı avtomobilin hərəkəti tətbiqi fizikanın qanunlarına əsaslanır. Tormozu basanda da, əyri xətt üzrə hərəkət edəndə də, təkərin yol örtüyü ilə sürtünmə qüvvəsini nəzərə alanda da həmin qanunları bilmək lazımdır.
Qəzaların ən ağır növü avtomobillərin frontal, yəni qarşı-qarşıya toqquşmasıdır. Çünki bu zaman hər iki avtomobilin sürəti və kinetik enerjisi cəmlənir. Belə hadisələr çox vaxt sürücülərin və sərnişinlərin ölümü ilə nəticələnir. Ona görə də qarşı-qarşıya toqquşmadan mümkün qədər qaçmaq məsləhətdir. Əgər toqquşmadan qaçmaq mümkün deyilsə, heç olmasa frontal zərbəni yan zərbə ilə əvəz etmək lazımdır. Amma bir məsələni də unutmaq olmaz ki, sürətli avtomobil yan hissəsi ilə ağaca dəydikdə, frontal toqquşmada olduğu kimi ciddi zədələr alır. Zərbə ortadan tutduqda, maşın bir növ ağacı "qucaqlayır", sərnişinlər sıxılır. Ona görə də ağaca qabaq və ya arxa qanadlarla dəymək daha təhlükəsizdir. Bu halda avtomobil fırlanır, lakin adətən ölüm halı olmur.
Əlbəttə, ən yaxşısı, ümumiyyətlə, toqquşmasız ötüşmək, yəni maşını yoldan çıxararaq, çöllüyə, boş sahəyə yönəltməkdir, sözsüz ki, buna şərait varsa. Bu halda avtomobildəki insanların həyatını xilas etmək mümkündür. Odur ki, çıxılmaz vəziyyətdə bütün iradəni toplayaraq yoldan boş sahəyə çıxmaq daha doğru qərar hesab edilə bilər.
Yol-nəqliyyat hadisələrində alınan xəsarətlərin xarakterini və potensial təhlükə istiqamətlərini təhlil edərkən statistik məlumatlar göstərib ki, toqquşmaların 75 faizi frontal, 12,5 faizi yandan və bir o qədər də arxadan dəyən zərbələrlə müşayiət olunur. Qeyd etdiyimiz kimi, ən təhlükəlisi frontal toqquşmadır. Araşdırmalara görə, avtomobillərin sürəti saatda 26 km-ə qədər olduqda, hadisə yalnız avtomobillərin zədələnməsi ilə nəticələnir. Sürət saatda 40 km-i keçəndə isə həm avtomobillər əzilir, həm də içərisindəki adamlar sükan çarxına, ön panelə, qabaq şüşəyə, salon detallarına dəyərək yaralanırlar. Unutmayın ki, saatda 50 km sürətlə gedən maşında əyləşmiş adamın kinetik enerjisi 3-cü mərtəbədən yıxılanla demək olar ki, eyni olur.
Ötən il ərzində respublikada baş vermiş yol-nəqliyyat qəzalarının 33,6 %-i, daha doğrusu 748-i nəqliyyat vasitələrinin toqquşması ilə nəticəsələnib. Bu qəzalarda 296 nəfər həlak olub, 1032 nəfər isə xəsarət alıb. Alınan xəsarətlərin xarakterinə gəldikdə isə, zədələrin 72 %-ni baş, 47 %-ni ayaq, 29 %-ni əl, 36 %-ni döş nahiyəsi və onurğa, 15 %-ni isə qarın və çanaq zədələri təşkil edib. Odur ki, əgər zərbə qaçılmazdırsa ilk növbədə başı qorumaq lazımdır. Çünki əl, ayaq, qabırğa sınıqlarının sağalması mümkündür, lakin boyun fəqərələrinin sınığı və ya başa dəyən güclü zərbə bəzən ölümcül ola bilir. Ona görə də hava yastığı olmayan avtomobildə sürücünün yanındakı sərnişin təhlükəsizlik kəmərini bağlayıbsa ayaqlarını möhkəmcə yerə dayamalı, sifətini isə əlləri ilə örtməlidir ki, zərbə zamanı qopan əşyalar onun sifətinə, yaxud gözlərinə xəsarət yetirməsin. Kəməri bağlamamış sərnişinin vəziyyəti isə daha ağır ola bilər. Çünki zərbə zamanı kəməri bağlı olan sərnişini kəmər saxladığı üçün o üzünü tuta bilir və qabaq şüşəyə çırpılmaması üçün onu kəmər saxlayır. lakin kəmərsiz sərnişin üzünü tutduğu halda əlləri ilə qabaq panelə dayaq verə bilmədiyinə görə daha ağır xəsarət almağa məhkum olur.
Təəssüf ki, arxada oturan və kəməri bağlamayan sərnişinlər heç nəyə dayaq verə bilmirlər. Qabaq oturacaqların söykənəcəkləri etibarsız dayaq olduğundan, onlar üçün ən uyğun vəziyyət böyrü üstə uzanaraq ayaqları qarına tərəf yığmaq və başı qolları arasına almaqdır.
Təhlükəli qəzalardan biri də arxadan gözlənilməz zərbədir. Belə zərbə zamanı hazırlıqsız adamın başı geriyə kəskin hərəkət edir ki, bu da yenə boyun fəqərələrinin sınmasına gətirib çıxara bilər. Təbii ki, arxadan zərbəni proqnozlaşdırmaq çətin məsələdir. Lakin buna imkan varsa və ya arxadan kəskin tormazlama səsi eşidilərsə başı və boyunu söykənəcəyə möhkəm sıxmaq, ayaqları döşəməyə və ya irəlidəki söykənəcəyə dirəmək, mümkündürsə, peysəri əllə bərk tutmaq lazımdır.
Qeyd olunan bütün hallarda bədəni boşaltmaq olmaz. Əksinə, əzələləri gəriltmək və bütün qüvvələri səfərbər etmək zəruridir.
Bəzən təhlükəli vəziyyətdə adamlar maşının qapısını açaraq, tullanmağa cəhd göstərirlər. Belə də etmək lazım deyil. Çünki faciə baş verə bilər. Adətən tullanan adam ya təkərin altına düşür, ya da çevrilən avtomobil onu əzir. Ən yaxşısı, düzgün vəziyyət alaraq yerində qalmaqdır.
Bir məsələni də qeyd edək ki, uzun müddət istismarda olan köhnə modelli "VAZ" markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisələri baş verdikdə qəzalarda insanların xəsarət alma ehtimalı daha böyükdür. Belə ki, istismar müddətini keçmiş belə avtomobillərin banı və digər texniki detalları qəzalar zamanı insanları xəsarət almaqdan qorumaq əvəzinə, əksinə insan üçün əməlli-başlı təhlükəyə çevrilir. Bunun səbəbi odur ki, möhkəmliyini itirmiş detallar zərbədən asanlıqla deformasiyaya uğraryır və insanlara xəsarət yetirir. Belə qəzalara xeyli misallar gətirmək olar.
Odur ki, gəlin hamılıqla yol hərəkəti qaydalarına həmişə riayət edək ki, nə qazaya düşmək kimsəyə qismət olsun, nə də qəza zamanı özünü müdafiə etmək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prokuror Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən gəncə cəza istəyib

22 Avqust 2017 13:17

SORĞU: “Qız qalıb qızıla dönər”, bəs oğlan qalıb nəyə dönər?

22 Avqust 2017 13:15

48 yaşlı Cennifer Lopezin bu FOTOLARI REKORD qırdı

22 Avqust 2017 13:13

“Kopenhagen”in futbolçusu: “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

22 Avqust 2017 13:12

Tanınmış şoumen qumarda 500 min uddu

22 Avqust 2017 13:09

Rus Dram Teatrında "Mərasim" tamaşasının premyerası keçiriləcək

22 Avqust 2017 13:07

Livanlı modellər alt paltarlarında ŞOU göstərdi - FOTO

22 Avqust 2017 13:03

Küçədən hərbi sursatlar tapıldı

22 Avqust 2017 13:03

Gürcüstan prezidenti İlham Əliyev və Ərdoğana təşəkkür edib

22 Avqust 2017 12:59

Vüsalə Əlizadə bu görüntüləri ilə gündəm oldu

22 Avqust 2017 12:59

Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi

22 Avqust 2017 12:58

“Palçıq pilpiləsi” yatağında bir özül əsaslı təmirdən sonra istismara verilib

22 Avqust 2017 12:57

Günün oyunları bu kanallarda - AFİŞA

22 Avqust 2017 12:57

İki min yeni Azərbaycan manatı və şəmkirli milyonçular - Səbuhi Məmmədli yazır

22 Avqust 2017 12:54

Gədəbəydə hərbi silah-sursat aşkar edilib

22 Avqust 2017 12:52

Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb

22 Avqust 2017 12:52

Törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən şəxs saxlanılıb

22 Avqust 2017 12:47

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

22 Avqust 2017 12:47

KİV: Türkiyə və İranın terrorçu PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları açıqlanıb

22 Avqust 2017 12:47

Sabaha olan hava proqnozu

22 Avqust 2017 12:44

Ermənistan ordusunda növbəti RÜSVAYÇILIQ

22 Avqust 2017 12:43

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

22 Avqust 2017 12:42

Bakıda ev sahibini döyərək pul tələb edən şəxslər tutulub

22 Avqust 2017 12:42

Sabirabadda 94 kiloqram çətənə kolları aşkar olunub

22 Avqust 2017 12:42

4 nəfər yol qəzasında ölüb - DÜNƏN

22 Avqust 2017 12:39

Sərnişin qatarlarına minik istiqaməti dəyişdirilir

22 Avqust 2017 12:38

Biləcəri-Keşlə dəmir yolu texniki fasiləyə bağlanır

22 Avqust 2017 12:37

Xəyalə ilə xəbər saatı

22 Avqust 2017 12:30

Azərbaycanın ABŞ-dan qüdrətli olduğu vaxtlar - NADİR KADRLAR - VİDEO

22 Avqust 2017 12:28

O qatarların minik yeriş dəyişdirildi - ƏHALİNİN NƏZƏRİNƏ

22 Avqust 2017 12:24

"Xəzinə Palace"-ın sahibi namaz qılan ofisiantı işdən qovdu: "Namazını məsciddə qılsın"

22 Avqust 2017 12:23

"Gənclər üçün Krizis telefon xətti" bərpa olunub

22 Avqust 2017 12:22

Türkiyə millisinin keçmiş qapıçısı saxlanıldı - FETÖ-çü İMİŞ

22 Avqust 2017 12:19

ABŞ Şimali Koreyaya hücum edə bilər?

22 Avqust 2017 12:19

İsmayıllıda kütləvi davada 3 nəfər bıçaqlanıb

22 Avqust 2017 12:17

Artıq piylərdən xilas olmaq üçün bunu için

22 Avqust 2017 12:14

Emmanuel Makron: 100 GÜN - FOTOLAR

22 Avqust 2017 12:13

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

22 Avqust 2017 12:12

“Azərbaycan Mikro-Kredit” BOKT manatla istiqraz buraxır

22 Avqust 2017 12:12

Lionel Messi “Barselona” ilə yeni müqavilə üçün tələsməməyə qərar verib

22 Avqust 2017 12:12

Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

22 Avqust 2017 12:12

Türkiyə yığmasının sabiq futbolçusu həbs edilib

22 Avqust 2017 12:12

Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək

22 Avqust 2017 12:12

Flora Kərimova Metbuat.az-ın qonağı olacaq

22 Avqust 2017 12:08

Azərbaycanlının qardaşı da adamdöyən çıxdı – YENİ TƏFƏRRÜATLAR

22 Avqust 2017 12:03

Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının vəsatəti təmin edilməyib

22 Avqust 2017 12:02

Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

22 Avqust 2017 12:02

Direktor: "Bakıdakı beş ulduzlu otellərdə "ABAD" sərgi-satış mərkəzləri fəaliyyət göstərəcək"

22 Avqust 2017 12:02

Elçibəyə fərari deyəkmi?

22 Avqust 2017 11:59

Məşhur milyarderin qızına verdiyi hədiyyə DODAQ UÇUQLATDI - FOTO

22 Avqust 2017 11:58