İlham Əliyev Estoniyanın yeni xanım rəhbərini təbrik edib

İlham Əliyev Estoniyanın yeni xanım rəhbərini təbrik edib
18:44 6 Oktyabr 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti  xanım Kersti Kalyulaydı prezident seçilməsi münasibətilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

“Hörmətli xanım Kalyulayd,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR