Bakı-Ələt-Astara magistral yolunda iki avtomobil toqquşub. Lent.az-ın məlumatına görə, yolun 148-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "VAZ 2106" və "VAZ 2109" markalı maşınlar toqquşub. Nəticədə 29 və 25 yaşlı iki oğlan ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.