Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elza Seyidcahan konsertinə bu formada çıxdı - FOTOLENT

Elza Seyidcahan konsertinə bu formada çıxdı - FOTOLENT

Date: 7 October 2016 11:54

Əməkdar artist Elza Seyidcahan "Mən küləyin gəliniyəm" adlı konsert verib. Lent.az-ın məlumatına görə, konsertin aparıcısı Seyran Babayev qonaqları salamlayaraq, sözü əməkdar artist Hüsniyyə Mürvətovaya verib. O isə ağ gəlinliyi xatırladan libasla çıxıb və "Mən küləyin gəliniyəm" adlı şeiri səsləndirib. Daha sonra səhnədə əməkdar artist Elza Seyidcahan görülüb. "Ağ çiçəyim" mahnısı ilə konserti açıq elan edərək, sevilən mahnılarını oxuyub.

 

Onu da əlavə edək ki, multikulturalizmə həsr olunan gecədə azyaşlı modellər də səhnəyə çıxaraq qeyri-adi libaslarını nümayiş etdiriblər.

 

E.Seyidcahan konsertdən öncə bu sözləri söyləyib: "Bu il multikulturalizm ili elan olunub. Biz də təbiətdə var olan gözəlliklərdən ilham alaraq yaradıcılıq işləri görürük. Bu gün gənc, həvəskar modelyerlərin geyimləri nümayiş olunacaq. Mən də öz dəstəyimi onlardan əsirgəməyəcəyəm. Mərasim üçün çiçəklərdən ibarət, fərqli geyim hazırlanmışdı. Xarab olmaması üçün soyuducuya qoymuşduq. Soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxacağım gül çələngi qalıb. bu gün onunla səhnəyə çıxacağam. Son vaxtlar fərqli papaqlara və saç aksessuarlarına üstünlük verirəm. Papaqlarımın həcmi günü- gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Papaq qədim zamandan bizim kişilər üçün vacib olub. Mən də istəyirəm, papağın, saqqalın dəyərini indiki gənclər yaxşı bilsin".

 

Qeyd edək ki, gecədə  rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, stilist Samir Əliyev iştirak edib.

 

 

 

 

 

 

 


Tags:  Elza Seyidcahan konsertinə bu formada çıxdı FOTOLENT


RƏYLƏR


Top news