"Meydanı insan cildindəki heyvanlara buraxmaq istəmirəm" - Tünzalə

"Meydanı insan cildindəki heyvanlara buraxmaq istəmirəm" -  Tünzalə
13:06 7 Oktyabr 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

“Bütün sosial şəbəkədən uzaqlaşmaq arzusundayam, vaxtımı alır və məni yorur. Amma prodüserim icazə vermir. Çirkab çoxdur. Mən bu həyatın, tərzin adamı deyiləm. Məni sevən konsertimə gəlsin”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Ağayeva  deyib.

Müğənni bildirib ki, İnstaqramda ünvanına təhqir yazılmasına imkan vermir:

“Sosial şəbəkədən getsəm, paxıl, gözdəniraq həmkarlarım sevinər. Meydan genişlənib, insan cildinə girən heyvanlara qalacaq. Bu meydanı onlara saxlamaq istəmirəm. Tamaşaçının istəyini, məndən gözlədiyini doğrultmuşam. İnsanı təhqir etmək olmaz, bunu həyatda heç nə qazanmayanlar edir. Sağlam tənqidə açığam. İzləyici ilə müğənni arasında sağlam, pozitiv ünsiyyət olmalıdır. Mənim sosial şəbəkədəki səhifələrimdə səliqəyə fikir verən insanlar var. Onlar bilirlər ki, orda yanlış nöqtə belə ola bilməz. O demək deyil ki, məni ancaq tərifləməlidirlər. Özünü apara bilməyən dərhal uzaqlaşdırılacaq. Bir gün olacaq bütün şərhləri söndürəcəyəm".

T.Ağayeva İnstaqramda heç kimi izləməməsindən bəhs edib:

“Bu peşəkar bir addımdır. Xocalı ilə bağlı səhifəni izləyirəm. Bunu da ona görə edirəm ki, xaricdən girib baxanlar, səhifəni görə bilsinlər”.

Müğənni yorğunluğunu necə atmasından danışıb:

“Müğənni olanda başa düşdüm ki, bu cür həyat tərzi yaşayacam: bütün günü dəvətlər, tədbirlər. Başladım buna alışmağa. Fiziki və mənəvi yoruluram. Onu isə sağlam qidalanmaqla, idman etməklə, qapalı yaşam tərzi ilə aradan qaldırıram. Gördüyün işləri, getdiyin tədbirləri izləyicilərlə paylaşmaq olar. Amma şəxsi həyatı olmaz. Onu paylaşsan, bütün enerjini itirərsən”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR