İmişli sakini maraqlı maşın hazırladı

İmişli sakini maraqlı maşın hazırladı
01:19 8 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayon sakini Tofiq Əzimov minik avtomobilini yük maşınına çevirib.

 

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, o, bunun üçün “Qaz-24”, “Qaz-69” və digər avtomobillərin ehtiyat hissələrindən istifadə edib. 8 aya yeni görkəmdə başa gələn avtomobilin çəkisi 2 tondur. Elə çəkisi qədər də yük götürmə qabiliyyətinə malikdir.

 

Tofiq Əzimov deyir ki, bir müddət əvvəl də belə bir avtomobil hazırlayıb. Həmin maşından 10 il istifadə edə bilib. Lakin o, artıq istifadəyə yaramadığından yenisini düzəltmək qərarına gəlib. O, 2000 manat xərc çəkərək hazırladığı avtomobildən əsasən təsərrüfat işlərində faydalanır. Sürücü gələcəkdə bu avtomobildən də yaxşısını hazırlamaq niyyətindədir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR