ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb.
Tanınmış jurnalist “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib.
Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti
dayandırılmazdan təxminən bir ay əvvəl - bu il iyunun 16-da
qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla
Mustafayevlə dalaşmışdı.
Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.
“Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça
məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və
xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının
istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın
müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu
sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi
Muradovdur. (musavat)