Bakı sakini özünə bıçaqla xəsarət yetirib

Bakı sakini özünə bıçaqla xəsarət yetirib
03:37 6 Mart 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Mart 2015 03:29 ]

Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı Fuad Qəhrəmanov bıçaq xəsarətləri ilə qohumları tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan Fuad Qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanov özünə bıçaqla xəsarət yetirib. Əməliyyatçılar dəqiqləşdiriblər ki, 35 yaşlı Fuad ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçaqla özünü vurub.

 

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/375150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR