“Exit-poll”un nəticələrinə görə Saakaşvili “Gürcü arzusu”na məğlub olur

“Exit-poll”un nəticələrinə görə Saakaşvili “Gürcü arzusu”na məğlub olur
23:53 8 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.

Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid Milli Hərəkat” partiyası isə 32,74 faizini toplayıb. “Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər” partiyası 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.

“Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR