Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublikaçılar Trampı əvəzləmək istəyirlər

Respublikaçılar Trampı əvəzləmək istəyirlər

Date: 9 October 2016 08:39

Respublikaçılar partiyası Milli Komitəsinin (RNC) hüquqşünasları prezident seçkilərində Donald Trampı başqa namizədlə əvəzləmək imkanının hüquqi aspektlərini araşdırmağa başlayıblar.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.   

 

Məlumata görə, RNC sədri Rinc Pribas bildirib ki, seçkiqabağı strategiyanı yenidən nəzərdən  keçirmək üçün Komitənin cəmi 48 saat vaxtı var. Seçkilərə cəmi bir qalmasına, səsvermə bülletenlərinin çap olunmasına və bəzi ştatlarda vaxtından əvvəl səsvermənin başlanmasına baxmayaraq, Komitənin hüquqşünasları hazırda namizədin əvəzlənməsi məsələsini nəzərdən keçirirlər.  

 

“Hüquqşünaslar ordusu əvvəlki namizədin kampaniyanı tərk etməsi və ya onun vəfat etməsi hallarında yeni namizədin irəli sürülməsinə icazə verən “doqquzuncu qaydanı” təhlil edirlər. Tramp seçki kampaniyasını tərk etmək niyyətində olmadığını bəyan edib, bu səbəbdən də partiya onunla işləməyi davam etdirəcək”, - deyə yüksək vəzifəli respublikaçı bildirib.  

 

Partiyanın mərkəzi aparatı regional liderləri hələlik hazırkı kursu davam etdirməyə çağırıb. Partiyanın mətbuat katibi yaranmış vəziyyəti şərh etməkdən imtina edib.   

 

Qeyd edək ki, Donald Trampın 11 il əvvəl qadınlar barədə səsləndirdiyi təhqiramiz ifadələrinin əks olunduğu videoçarx ABŞ-da rezonans yaradıb. 

 

Həmin videoçarx dərc edildikdən sonra sutka ərzində 40-dək nüfuzlu respublikaçı onu dəstəkləməkdən imtina edib.  

 

Trampı dəstəkləməkdən imtina etmiş respublikaçılar arasında nüfuzlu senator, 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş Con Makkeyn, sabiq dövlət katibi Kondoliza Rays, Kaliforniyanın keçmiş qubernatoru, tanınmış aktyor Arnold Şvartsneqqer və sairləri var.

 

Qeyd edək ki, Tramp seçki kampaniyasını tərk etməyəcəyini bəyan edib. 


Tags:  Respublikaçılar Trampı əvəzləmək istəyirlər


RƏYLƏR


Top news