Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Evlənməyə hazırlaşan hərbçi faciəvi şəkildə öldü

Evlənməyə hazırlaşan hərbçi faciəvi şəkildə öldü

VHP yetkilisi faciəvi şəkildə öldü (10 Mart 2017 18:44)
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 2 yaşlı Tunar faciəvi şəkildə öldü (08 Mart 2017 13:04)
Evlənməyə hazırlaşan Tunar "Sevgililər günü"ndə nə edib? - VİDEO (15 Fevral 2017 10:59)

Tarix: 9 Oktyabr 2016 11:14

Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.

 

Qəbələ rayon sakini 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36-BB-211 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu Bığır kənd sakini 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.

 

Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) olub. O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanıb.

 

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  Evlənməyə hazırlaşan hərbçi faciəvi şəkildə öldü



RƏYLƏR


Top xəbərlər