Torpaq sahələrindən istifadə ilə bağlı qaydalar dəyişdi - VİDEO

Torpaq sahələrindən istifadə ilə bağlı qaydalar dəyişdi - VİDEO
19:42 9 Oktyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti ''özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında əsasnamə"də dəyişikliklər edib. Dəyişikliyə əsasən, bundan sonra dövlət torpaqlarının özəlləşdirilməsi və icarəsi real bazar qiymətlərinə uyğun aparılacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Azərbaycanda dövlət torpaqlarının özəlləşdirilməsi və icarəsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Nazirlər Kabineti ''Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişikliklər edib. Yeni qaydalara əsasən, dövlət torpaqlarının özəlləşdirilməsi və icarəsi real bazar qiymətinə əsaslanacaq. Söhbət tikilinin altındakı torpaqdan deyil, sərbəst torpaq sahələrindən, yəni tikilinin kənarındakı torpaqlardan gedir.

Əvvəlki qaydalara görə, sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən torpağın yerləşdiyi zonaya görə müəyyənləşdirilmiş əmsalı zonaların bazis qiymətinə vuruldu. Məsələn, paytaxtın 12-ci zonasında 1 sotluq torpaq 8,7 əmsalı ilə vurulur və normativ qiymət 3480 manat müəyyən edilirdi.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqının hesablanması proseduru da dəyişdirilib. Əvvəllər Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilirdi.

Respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi deyil, bazar dəyərinin 2 faizi həcmində müəyyən ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR