Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Barış Mançonun oğlu xəstəxanalıq oldu - foto

Barış Mançonun oğlu xəstəxanalıq oldu - foto

Torpaq üstə dava - 21 yaşlı gənc xəstəxanalıq oldu - FOTO (27 Mart 2017 23:42)
Şəmkirdə 20 yaşlı qonaq döyülərək xəstəxanalıq oldu - FOTO (14 Mart 2017 04:28)
Hamilə aktrisa xəstəxanalıq oldu - FOTO (13 Mart 2017 15:22)

Tarix: 9 Oktyabr 2016 22:16

Məşhur müğənni Barış Mançonun oğlu, “DJ Manço” ləqəbli Doğukan Manço  emalatxanada dəzgahda iş görərkən xəsarət alıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğukan xüsusi qoruyucu eynək taxmadan dəzgah arxasına keçib və xırda metal hissəciklər gözünə batıb.

Dicey dərhal xəstəxanaya yerləşdirilib.

D.Manço hadisə barədə sosial mediada status yazaraq səhv etdiyini bildirib:

“Bir cahillik etdim. Hər zaman qoruyu eynək taxardım, amma bu dəfə eynəyi tapa bilmədim. “10 saniyəlik işim var, heç nə olmaz” deyərək dəzgah arxasına keçdim. Nəticədə gözümdən metal hissəciklər çıxardılar”.

Doğukan digər insanlara qoruyucu olmadan dəzgahda iş görməməyi məsləhət görüb:

“Vəziyyətim yaxşdır, məndən ötrü narahat olmayın. Hər zaman təhlükəsizliyinizə diqqət yetirin. Paylaşdım ki, oxşar hadisə sizin də başınıza gəlməsin”.


Teqlər:  Barış Mançonun oğlu xəstəxanalıq oldu foto



RƏYLƏR


Top xəbərlər