Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yağış yağacaq

Yağış yağacaq

Azərbaycanın bəzi ərazilərinə qar yağacaq (04 Mart 2017 18:52)
Yağış və qar yağacaq - SABAH (04 Mart 2017 12:29)

Tarix: 10 Oktyabr 2016 12:24

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 14-19° isti olacağı gözlənilir.


Teqlər:  Yağış yağacaq



RƏYLƏR


Top xəbərlər