"Yeni nüvə stansiyası gündəmdədir” - Binali Yıldırım

"Yeni nüvə stansiyası gündəmdədir” - Binali Yıldırım
16:09 10 Oktyabr 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti Cənub Qərb dəhlizinin iki uğurlu elementidir.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışında bildirib.

 

Baş nazir qeyd edib ki, hazırda TANAP layihəsi uğurla həyata keçirilir: “Azərbaycanla birlikdə gerçəkləşdirəcəyimiz TANAP layihəsi Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizi layihəsinin vacib hissəsini təşkil edir. Türkiyə bu baxımdan çox əlverişli coğrafi mövqedə yerləşir.

 

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında enerjiyə ən çox ehtiyac hiss edən ölkənin Türkiyə olduğuna diqqət cəlb edən baş nazir Yıldırım Çindən sonra dünyada ən çox enerji idxal edən ölkənin də Türkiyə olduğunu bildirib.

 

2023-cü ildə Türkiyənin enerjiyə ehtiyacının bugünkündən 2 dəfə artıq olacağını deyən Binali Yıldırım regional layihələrin həyata keçirilməsində Türkiyənin öz üzərinə düşən vəzifələri  yerinə yetirəcəyini vurğulayıb. O, Avropanın  təbii qazla fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsində  Xəzər dənizi hövzəsinin təbii ehtiyatlarının  önəminə istinad edərək “Cənub Qaz dəhlizi layihəsinin onurğasını TANAP layihəsi təşkil etməkdədir”, - deyib.

 

B. Yıldırım enerji səbətinə nüvə enerjisini mənbələrini də əlavə etdiklərini deyib: "Ümumi enerji istehsalının 10 faizi nüvə stansiyaları hesabına başa gələcək. İki nüvə layihəmiz var. Yeni nüvə stansiyası gündəmdədir. Enerji olmadan inkişafdan, təhsildən sohbət gedə bilməz".  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR