Çexiya-Azərbaycan: uğur təkrarlanacaqmı? - SORĞU

Çexiya-Azərbaycan: uğur təkrarlanacaqmı? - SORĞU
10:54 11 Oktyabr 2016
130 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb. APA TV-nin məlumatına görə, seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik çıxışları ərzində ilk dəfə qələbə seriyasına imza atıb.
 
Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdır.
 
Bakı sakinləri millimizin bu uğurunu sevinclə qarşılayıb:
 
- Çox gözəl dəyərləndirirəm. Bəs nə ilə fəxr etməliyik? Bununla fəxr etməliyik də. Çox gözəl oldu, yediyimiz, içdiyimiz də canımıza yatdı. Qürur hissi ilə baxdıq.
 
- Hamımız qürur duyuruq ki, Azərbaycan futbolunda inkişaf var. Televiziya qarşısında oturub baxıb sevinc hisləri keçirtdik.
 
- Yüksək səviyyədə oyunları izlədik. Öz oyunçularımızla fəxr edirik. Gözəl oyun keçdi, hakimlərin də rəylərindən razı qaldıq. 6 xal götürdük, oyuna tur qazandıq.
 
- Bu günə kimi, hər halda, keçirdiyimiz çempionat yarışlarında ən gözəl nəticədir. İki oyuna iki qələbə və qapıdan qol buraxmamaq. Düzdür, milli Norveçlə oyunda çətin oyun oynadı. Hücum etdi, qol vurdu, bəxtimiz gətirdi. Deyərdim ki, son 80 dəqiqəni Norveç topu bizə vermədi. Baş məşqçi yəqin ki, o barədə fikirləşər. Sabah da Çexiya ilə oynayır. İnanırıq ki, Çexiya ilə də gözəl nəticə ilə qayıdar vətənə. Bizim bir şüarımız var - AFFA-nın təşkil etdiyi "NİYƏ DƏ YOX?"
 
- Norveçlə oyun da çətin oyun oldu, amma sevindirici haldır ki, Azərbaycan yığması bu oyunu uğurla başa vurdu. Ümumi yaxşı oyun oldu, gözəl oyun oldu. Qrupda iki oyun, iki qalibiyyət top buraxmamaqla yaxşı oyundur. İndiyə kimi belə olmamışdı. Çətin də olsa, Norveç kimi adlı-sanlı komandaya qalib gəldi.
 
- Belə getsələr, yaxşı olacaq. Axşam Türkiyənin oyununa baxdıq. Türkiyəni həmişə yaxşı görmüşük. Bu dəfə zəif, belə getsə, Azərbaycanla oynasalar, bəlkə Azərbaycan qalib gələr. Bizim komanda qol vurursa, əladır. Biz həmişə qol yeməyi görmüşük. Sevindirici haldır. Keçən dəfəki kimi oynasalar, yaxşı olar.
 
- Son zamanlar inkişaf var. İnkişaf görürük futbolumuzda. Nəyə borclu olduğumuzu tam bilmirəm, amma bu tempdə getsə, qrupdan çıxma ehtimalı azdır. Gələcəkdə çətin oyunlar gözləyir. Çexiya ilə səfər oyunu, sonra Almaniya var. Ümidimiz var. Şansla qrupdan çıxmaq olmaz. Şansa buraxmaq olmaz. Gərək cəhd edəsən, əziyyət çəkəsən, ürəklə oynayasan. Məşqçidən və oyunçulardan çox şey asılıdır.
 
- Yaxşı oynayırdılar. Xoşum gəldi oyunlarından. Hücumu da, müdafiəsi də yaxşı idi. Təki elə belə olsun. Qrup mərhələsini keçsək, yaxşı olar.
 
- Sadəcə, bəxti gətirdi. Elə oyunla qabağa gedə bilməz. Norveçlə burada belə oynayırsa, onun səfərdəki oyunu da var. Öz evində Norveçlə belə bəxti gətirməz. San-Marino ilə oyunda onsuz da udmalı idi. Udmazsa, biabırçılıq olardı. 1:0 udmağı da biabırçılıqdır. O komandanın oyunçuları ilə bizim komandanın oyunçularını müqayisə edəndə çox fərq var. 1-0 udmağı elə də yaxşı deyildi. Hücumda demək olar ki, özlərini itirirlər, bizim komandanın hücumu yoxdur.
 
- Son iki oyunu yaxşı, ondan qabaqkı oyunları heç nə.
 
- UEFA özü də dedi,  tarixdə birinci dəfədir ki, ard-ardına qrupda iki dəfə qələbə qazanırıq. Yaxşıdır normaldır.
 
Bəs azarkeşlər oktyabrın 11-də keçiriləcək Çexiya ilə oyundan nə gözləyir?
 
- Onlar da güclü komandadır. Bizimkilər də yaxşı oynayır, bilmək olmaz da, futboldur.
 
 - Ən azından 1 xal qazanmaqlarına ümid edirik. Çünki futbol özü də bir siyasətdir. Avropada Azərbaycanı təmsil edirlər. Orada qələbə qazanmaqları, təbii ki, Avropa mətbuatında, dünya mətbuatında Azərbaycan haqqında böyük bir rezonans verəcək. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəklər.
 
- Ən azı heç-heçə, qələbəni də çox gözləyirik. Qələbə olsa, lap yaxşı olar. Çünki Azərbaycanın bu oyunu bizə çox qürur verdi. Çox gözəl oynadı. Təbrik edirəm. Arzu edirəm ki, Çexiya ilə də yaxşı oynasınlar. 90 dəqiqə oyundur,  hər bir şey ola bilər.
 
- Ən azı heç-heçə gözləyirəm. Heç olmasa, bir xal oradan nəticə ilə qayıda bilsək, məncə, gözəl uğur olar.
 
- Əslinə qalsa, çətin oyun gözlənilir. Bu oyunda çox güman ki, ən azı 1 xal götürsək, çox yaxşı olar.
 
- Çexiya ilə 1:0 uduzacaq, ya da bərabər olacaq.
 
  - Çexiya güclü rəqibdir. Qələbə gözləmirəm, qələbə olsa, təbii ki, sevinərik. Heç-heçə uyar bizə. Müdafiə oyunu oynasaq, bir şey olar. Kamran Ağayev də son zamanlar özünü isbat etdi.
 
- 1:0, 2:0... Görək də, qol buraxmasaq, yaxşı olar. Qələbə olsa, yaxşı olar. Xal götürək əsas.
 
 - Çexiya ilə xal götürməsi çətindir. Xal götürsə, şansı ola bilər. Qrupdan çıxmağına amma inanmıram.  Çexiya oyununda da yəqin ki, uduzacaqlar. Heç 1 xal götürməklərinə şans yoxdur.
 
 - Bir şey demək olmaz. Belə davam etsə, ola bilər, qalib gələ bilərlər Çexiyaya qarşı.
 
 - Ümid edirik heç-heçə olsun. Qalibiyyətə, sözün düzü, inanmıram. Amma ümid edirik heç-heçə bitsin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR