Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Qanun"dan oğurluq edənlərin şəxsiyyəti müəyyənləşməyib

“Qanun"dan oğurluq edənlərin şəxsiyyəti müəyyənləşməyib

Tarix: 11 Oktyabr 2016 11:04

 

Keçən ay “Qanun Nəşrlər Evi”ndən oğurluq edənlərin şəxsiyyəti hələ müəyyənləşməyib.

 

Lent.az-a bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat verib. O bildirib ki, hazırda polis tərəfindən tədqiqat aparılır: “Tbilisi prospektində olan təhlükəsizlik kameralarının hamısına baxış keçirilib.  Müəyyən görüntülər götürülüb. Özümüzdə nəşriyyatın daxilindəki kamera görüntülərini polisə təqdim etmişik. Təəssüf ki, hələ də oğruların şəxsiyyətini müəyyən olunmayıb. Ümid edirəm ki, yaxın günlərdə onlar həbs ediləcək”.

 

Qeyd edək ki, sentyabrın 27-i gecə saatlarında 2 nəfər naməlum şəxs nəşriyyatın binasına daxil olaraq Qanun nəşriyyatın kassasından 3 mindən çox, “Əli və Nino”dan isə 213 manat 20 qəpik oğurlayıblar. 

 


Teqlər:  Qanundan oğurluq edənlərin şəxsiyyəti müəyyənləşməyib



RƏYLƏR


Top xəbərlər