Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

13 "kalon"da nə baş verib? - RƏSMİ AÇIQLAMA

13 "kalon"da nə baş verib? - RƏSMİ AÇIQLAMA

Date: 11 October 2016 12:34

 

Bu gün bəzi  KİV-də 13 saylı cəzaçəkmə müəssisəsinə xüsusi təyinatların yeridilməsi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı Lent.az Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

M. Sadıqov açıqlamasında bildirib ki, adı çəkilən müəssisədə belə bir hadisə baş verməyib:  “Bəzi KİV-lərdə yazılanlar həqiqəti əks etdirmir.  Cəzaçəkmə müəssisəsində belə bir hadisə olmayıb, adı çəkilən məhbuslar da hal-hazırda cəzalarını həmin müəssisədə çəkirlər”.

Qeyd edək ki, bəzi KİV-lərdə 2 gün əvvəl 13 saylı müəssisəyə  xüsusi təyinatlıların əməliyyat keçirdiyi yazılıb. Yazıda məhbuslardan Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri aldığı və həmin dustaqların hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) göndərildiyi qeyd edilib.


Tags:  kalonda baş verib RƏSMİ AÇIQLAMA


RƏYLƏR


Top news